Şərhlər, Hüquq
13.02.2017 / 16:47

"Prezidentin bu Sərəncamı hüquq islahatları sahəsində əsl inqilabdır və yaxşı başlanqıcdır"- Elçin Ağayev

"Prezidentin bu Sərəncamı hüquq islahatları sahəsində əsl inqilabdır və yaxşı başlanqıcdır"-Vəkil Elçin Ağayevin facebook səhifəsindən:
Prezidentin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamı hüquq islahatları sahəsində əsl inqilabdır və yaxşı başlanqıcdır.
Sərəncamın tək 10-cu bəndinin icrası kifayətdir ki, həm gözü yollarda qalmış on minlərlə ailə, həm də .. dövlət büdcəmiz rahat nəfəs alsın.
Bu bəndin icrası ölkədaxili siyasi müanisəbətlərin də sağlamlaşmasına yardım edəcəkdir.
Oxuyun, yayın və imkan verməyin ki, Prezidentin bu vacib qərarı müəyyən qruplar tərəfindən boykot edilsin:

10. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər:

10.1. cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması;

10.2. cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi;

10.3. törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması;

10.4. azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi;

10.5. həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması.

İnform.az

Baxış sayı: 1771