Maraqlı
13.02.2017 / 16:02

Sevgilisi olanların nəzərinə: Gələcəyinizi onunla düşünmürsünüz

Sevgilisi olanların nəzərinə:

Bəzən cütlüklər münasibətlərinin yaxşı getmədiyini bilirlər, lakin bunu görməzdən gəlirlər. Çünki tənha qalmaqdan qorxurlar. Amma bu hal münasibətləri daha da korlayır. Aile.lent.az münasibətlərinizin yaxşı getmədiyini göstərən əlamətləri təqdim edib:

Başqaları ilə vaxt keçirməyə üstünlük verirsiniz;

Əgər evə gedib sevdiyiniz insanla birlikdə olmaq üçün can atmırsınızsa, bu, vəziyyətin pis olduğuna işarədir. Münasibətlərdə cütlüklərin bir-birindən bir az ayrı vaxt keçirməsi normaldır. Lakin başqaları ilə vaxt keçirmək daha çox xoşunuza gəlirsə, demək, problem var. Özünüzə bir az zaman verin, sonra hisslərinizdə dəyişiklik olub-olmadığına diqqət edin.

Subay olmaq fikri xoşunuza gəlir;


Subay olmaq fikri sizə rahatlıq verir. Subaylığı birlikdə olmaqdan üstün tutursunuz. Bu, münasibətdən bezdiyinizə işarədir. Əgər başqa insanlar diqqətinizi çəkməyə, əvvəlki sevgililərinizi araşdırmağa başlamısınızsa, deməli, hazırkı münasibətinizi bitirməyin vaxtı çatıb.

Səy göstərmirsiniz;

Bəzi münasibətlər üçün səy göstərmək lazımdır. Bir tərəf bunu etmək istəmirsə, münasibətlərinizi bir daha gözdən keçirməlisiniz. Özünüzə dəyər verirsinizsə, münasibətinizi sınaqdan keçirməkdən başqa çarəniz yoxdur. Əgər buna cəhd etmək istəmirsinizsə, demək, ayrılmağın vaxtıdır.

Sevişmək istəmirsinizsə;


Son dəfə onu nə vaxt arzulamısınız? Stress, həyat çətinlikləri, qayğılar cinsi həyatınıza mənfi təsir edə bilər. Lakin bununla yanaşı onunla yaxınlıq etmək istəmirsinizsə, münasibətinizi canlandırmaq üçün nəsə etməyin faydası olmayacaq.

Mübahisələrdən sonra peşmanlıq hiss etmirsiniz:

Hər bir münasibətdə mübahisələr olur, bu da çox normaldır. Mübahisələrdən sonra çox vaxt haqlı olan tərəf belə, peşmanlıq duyur. Lakin mübahisələrdən sonra ən kiçik peşmanlıq da hiss etmir, kədərlənmirsinizsə, onu incitdiyiniz üçün pis olmursunuzsa, deməli, ayrılmaq da sizi böyük ehtimalla kədərləndirməyəcək.

Gələcəyinizi onunla düşünmürsünüz;

Gələcəkdə fotolarda özünüzü onunla yan-yana görə bilmirsinizsə, bunun nəyə işarə olduğunu düşünməlisiniz. Onunla bir gələcək fikirləşə bilmirsinizsə, deməli, münasibətlərinizin ömrü çox qısadır.

İnform.az

Baxış sayı: 230