Siyasət
13.02.2017 / 14:05

XİN: Azərbaycan və Gürcüstan arasında münasibətlər dostluq və tərəfdaşlıq üzərində qurulub- Yenilənib

XİN: Azərbaycan və Gürcüstan arasında münasibətlər dostluq və tərəfdaşlıq üzərində qurulub-Azərbaycan və Gürcüstan arasında münasibətlər dostluq və tərəfdaşlıq üzərində qurulub və hazırda qarşımızda bu münasibətlərin möhkəmləndirilməsi vəzifəsi dayanıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixeil Canilidze ilə birgə brifinq zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan və Gürcüstan bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. “Gürcüstan bu il GUAM-da sədrlik edir və biz bu gün bu regional təşkilat çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik”.

Nazirin sözlərinə görə, danışıqlar zamanı mövzulardan biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və bu layihənin qısa zamanda icra olunmasına həsr olunub.

İnform.az

Baxış sayı: 362