Elm-təhsil
13.02.2017 / 11:12

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə nümayəndəsi xanım Emi Petersenilə görüşüb.
İnform.az BANM-in mətbuat xidmətindən daxil olan məlumata istinadən bildirir ki, qonağı salamlayan rektor Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil ocağı haqqında danışaraq, Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, professor-müəllim heyəti və tələbələrin uğurlarından söz açıb.
Rektor BANM-in fəaliyyətində beynəlxalq əməkdaşlığın xüsusi yer tutduğunu vurğulayaraq Böyük Britaniyanın Heriot-Vatt Universitetiilə əlaqələri haqqında məlumat verib. O, 2015-ci ilin yanvar ayında ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xaturun rəhbərlik etdiyi nümayəndə heyətiilə birgə Azərbaycana səfərini xatırladıb. Elmar Qasımov ABŞ-ın sözü gedən univerisitetin nümayəndə heyətinin SOCAR-da və BANM-də keçirilən görüşləri haqqında danışaraq, birgə magistr hazırlığı ilə bağlı iki ali məktəb arasında razılaşma protokolunun imzalandığını da vurğulayıb. Rektor Hyuston Universiteti ilə əməkdaşlığı magistratura səviyyəsində genişləndirməkdə maraqlı olduğunu deyib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə nümayəndəsi xanım Emi Petersen rektor Elmar Qasımova qəbula görə öz təşəkkürünü bildirib. O, ABŞ ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın inkişafından söz açıb. Emi Petersen BANM-in qısa zaman ərzində əldə etdiyi nailiyyətlərindən, o cümlədən ABŞ-ın Hyuston Universiteti ilə əməkdaşlığından məmnun qaldığını deyib.
Görüşdə, həmçinin BANM-lə Hyuston Universiteti arasında professor-müəllim heyəti və magistr tələbələrin mübadiləsi, hər iki ali təhsil müəssisəsində yay kurslarının təşkili və məsələlər müzakirə olunub.

İnform.az

Baxış sayı: 343