Ədəbiyyat
11.02.2017 / 12:00

Yuxuma gəl...

Yuxuma gəl...
Səmayə Güləliqızı


Arayış:

Sahmarova Səmayə Güləli qızı 1965-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub.
Gənc yaşlarından poeziyaya maraq göstərib. Şeirləri rayon qəzetində cap olunub. İki şeirlər, dörd publisistik kitabln müəllifidir. Hal-hazlrda nəsr əsəri üzərində işləyir.












YUXUMA GƏL
Gəlməyini istəmirəm.
Yuxuma gəl, -deyirəm.
Oxşayım qamətini,
oxşayım boyunu.
Əllərim darasın
yenicə dən düşmüş saçlarını.
Unudum suçlu olduğunu.
Gizlicə gəl, kimsə duymasın.
Axı yuxuda dilin yalan danışmır.
Bulaq suyu tək təmiz,
dumduru, saf.
Dodaqların “sevirəm”, -deyə pıçıldasın.

Eşitdim, gözlərin hər yerdə
məni axtarır.
Qulağın səsimə, sözümə möhtac.
Ulduzları, ayı, səmanı
seyr edirsən.
Gəzirsən avara, səfil, sərgərdan.
Beləcə oxşayım səni yuxularımda.
Bircə açılmaya səhər, sökülməyə dan.

Yuxuma gəl...


SƏNİ UNUTMUŞAM

Demə, yanılmışam bu seçimimdə,
Sənə yaraşmayır bu boy, biçim də.
İnsanlıq itibdi məkr içində,
Səni unutmuşam, gözlərin aydın!

Bu sevdamız ki, var, döndü dastana,
Sən bir yana çəkdin, mənsə bir yana.
Atlazı bez oldu, yığıldım cana,
Səni unutmuşam, gözlərin aydın!

Deyirəm, hər şeyə məlhəmdi zaman,
Hicrandan, həsrətdən bezmişəm yaman.
Görən, dilmi deyir, aman, ay aman?!
Səni unutmuşam, gözlərin aydın!
Ürəkdən demirəm: -Gözlərin aydın!

İnform.az

Baxış sayı: 503