Diaspora Akademiyası, Baş xəbər, Mədəniyyət
10.02.2017 / 00:12

Londonda Azərbaycan bəstəkarının kitabı təqdim edilib- Fotolar

Londonda Azərbaycan bəstəkarının kitabı təqdim edilib-Londonda keçirilən beynəlxalq musiqi sərgisində görkəmli Azərbaycan bəstəkarı, Xalq Artisti Cövdət Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə onun fortepiano üçün seçilmiş əsərlərindən ibarət kitabının birinci cildinin təqdimatı olub.

İnform.az AZƏRTAC-a istinadən bildirir ki, tədbir çərçivəsində “Duet Group” şirkəti tərəfindən təşkil edilmiş stenddə Litva və Rusiya pianoçusu Yelena Makarova kitabda yer alan musiqi əsərlərindən nümunələr səsləndirib.

Görkəmli bəstəkarımızın musiqi əsərlərindən ibarət kitab Muradovlar Ailə Arxivinin sifarişi ilə “EVC” musiqi nəşriyyatı tərəfindən çap olunub.

Nəşriyyatın təmsilçisi Yelena Cobb görkəmli bəstəkarın kitabını çap etdirməkdən böyük şərəf hissi duyduqlarını qeyd edib. Diqqətə çatdırılıb ki, C.Hacıyev əsərlərini Azərbaycan musiqi sənətinin ən böyük janrlarından hesab edilən muğam, aşıq yaradıcılığı və eyni zamanda, milli folklor alətlərimiz - tar, kamança və sazın səslərindən ilham alaraq ərsəyə gətirib. C.Hacıyevi Azərbaycan simfonik musiqisinin ən görkəmli nümayəndələrindən hesab etmək olar.

Y.Cobb qeyd edib ki, bəstəkarın kitabının növbəti cildini bu il çapdan çıxarmağı planlaşdırıblar.

Kitabın mətn yığımını orijinal əsərdən xüsusi proqramla hazırlayan şotlandiyalı sənətkar Donald Thomson C.Hacıyevin əsərlərini yığmaqdan xüsusi zövq aldığını bildirib. O, əsərlərin yığılmasında ona kömək edən bəstəkarın qızı Pərvin Muradovaya xüsusi minnətdarlığını ifadə edib.

Londonda Azərbaycan bəstəkarının kitabı təqdim edilib-


Londonda Azərbaycan bəstəkarının kitabı təqdim edilib-


Londonda Azərbaycan bəstəkarının kitabı təqdim edilib-


Londonda Azərbaycan bəstəkarının kitabı təqdim edilib-


İnform.az

Baxış sayı: 229