Elm-təhsil
09.02.2017 / 22:09

AzMİU professorunun Almaniyada monoqrafiyası çap olunub

AzMİU professorunun Almaniyada monoqrafiyası çap olunubAzMIU-nun "Nəzəri və inşaat mexanikası" kafedrasının müəllimi, riyaziyyat üzrə elmlər doktoru, professor Ramiz İsgəndərovun “Möhkəmləndirilmiş və zədəli konstruksiyaların mühitdə dayannıqlığı”adlı monoqrafiyas ıişıq üzü görüb. Kitab Almaniyada, LAP LAMBERT Academic Publishinq nəşriyyatında çap olunub. Mononqrafiya AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun rəyi əsasında təsdiqlənib.
İnform.az Universitetin mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, sözü gedən əsərdə müəllif özlü-elastiki mühitdə olan möhkəmləndirilmiş konstruksiya elementlərinin zədələnməsi nəzərə alınmaqla dayanıqlığının dinamik hesablanması üçün yeni fiziki və riyazi model işləyib hazırlayıb. Bu model xarici mühit xarakteristikalarının xüsusiyyətlərini - reologiyanı, tezlikdən asılılığı və s. nəzərə alır.
Monoqrafiya dayanıqlıq və rəqslər məsələsi ilə məşğul olan mühəndis-mexaniklər, doktorantlar, universitetlərin mexanika-riyaziyyat fakültələrinin müəllim və tələbələri, həmçininali texniki məktəblərin əməkdaşları üçün əhəmiyyətli bir mənbə ola bilər.

AzMİU professorunun Almaniyada monoqrafiyası çap olunub


İnform.az

Baxış sayı: 448