Ədəbiyyat
09.02.2017 / 12:52

"Arazbari" şeirlər kitabının Tatarıstanda təqdimatı olacaq

"Arazbari" şeirlər kitabının Tatarıstanda təqdimatı olacaqFilologiya elmləri namizədi, jurnalist-alim Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabının Tatarıstanda təqdimat mərasimi keçiriləcək.

İnform.az-ın məlumatına görə, təqdimat mərasimi Tatarıstanın Mədəniyyət Nazirliyi və Tatarıstan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Fevralın 13-də keçirilməsi nəzərdə tutulan təqdimat mərasimi paytaxt Kazan şəhərində reallaşacaq. Təqdimat mərasimi zamanı iştirakçılara S.Vəliyevanın elmi və yaradıcılıq fəaliyyəti, müəllifi olduğu digər kitablar barədə də məlumat veriləcək.

İnform.az

Baxış sayı: 517