Maqazin
17.07.2015 / 15:46

Alim Qasımov “Jarocin 2015” musiqi festivalında

Alim Qasımov  “Jarocin 2015” musiqi festivalında

Bu gün xalq artisti Alim Qasımov və sənətkarın qızı əməkdar artist Fərqanə Qasımova Polşaya yola düşüb. Sabah sənətkarlar Polşada keçiriləcək “Jarocin 2015” musiqi festivalında çıxış edəcək. Festival çərçivəsində muğam ifaçılarımızın Polşanın “Vovo” musiqi qrupu ilə birgə çıxışı və müxtəlif musiqi nömrələrinin səsləndirilməsi planlaşdırılır. “Vovo” qrupunun iki mahnısını duet şəkilində oxuyan xanəndəmizin ifası qrupun son diskində yer alıb. Bu səbəbdən qrupun solistləri “Jarocin 2015” festivalı ərəfəsində Alim Qasımovla bu mahnıları canlı ifa etmək istəyiblər. İfa zamanı həmvətənlərimizi polşalı qrup müşayiət edəcək.
Qeyd edək ki, Alim Qasımovun növbəti konsert proqramı avqust ayında Malayziyada reallaşacaq.

Aysel TALIBQIZI/Inform.az

Baxış sayı: 342