Baş xəbər, Mədəniyyət
08.02.2017 / 15:40

Xəzərdə eşqin səsi dalğalanacaq

Xəzərdə eşqin səsi dalğalanacaqAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı Yunus Emre İnstitutu tərəfindən 14 Fevral 2017-ci il, saat 19:00-da Nizami Kino Mərkəzində Türkvə Azərbaycan dillərində şeirlərin professional teatr sənətçiləri tərəfindən səsləndiriləcəyi, Savalan Musiqi Qrupu və Müğənni Lalə Məmmədovanın da səhnə alacağı "Xəzərdə Eşqin Səsi" adlı 2-ci Türk Şeir Gecəsi keçiriləcəkdir. Gecədə, Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab ErkanÖzoral, Millətvəkilləri, Şairlər və Aktyorlariştirak edəcəklər.
Yunusdan Mövlanəyə; Orxan Vəlidən Abdurrəhim Karakoça; Nəsimidən Şəhriyara; Mikayıl Müşfiqdən Hüseyn Cavidə..dilimiz, tariximizvəgələcəyimiz bir olan qardaşAzərbaycanxalqıiləədəbizənginliyimizdəgörüşəcəyik.
Sevdanın, zəfərlə bitən bir səyin adı; həsrətin qardaşı; bir uşaq gülüşü, bir körpə ağlaması; bir yarpağın suya süzülüşü, torpağı öpən yağışın, küləkdə uçuşan qarın qoxusu olan şeirə; şeirin çağırışına qulaq asacaqsınız.
Bu gecə boxçası şeir dolu olan sevgi sərnişinləri tərəfindən qəlblərinizin qapıları döyüləcək. Həmin sərnişinlər ki onlara şair deyirik, içlərində çağıltılı çayların axdığı insan istiliyindəki ürəkləri ilə qəlblərinizi qanadlandırmaq və səmaya yeni bir rənk qatmaq üçün hüzurlarınıza gələcəklər. Şeiri bir geyim kimi kürəyinə geymiş olaraq; sözlərəqovuşmanın dadını, ayrılığın acısını yükləyərək, sözü ən incəlikli şəkliylə damızdıraraq sizə poetik dilin həzzini eşitdirəcəklər. Əsrlərdir olduğu kimi, qaranlıqdan işıqlığa; nifrətdən sevgiyə; döyüşdən sülhə dəvət edəcəklər.
Bütün ürəklərə səsləniləcək bu gecədə eşqin səsi sədalanacaq.

Tarix: 14 Fevral 2017
Saat: 19:00/ Yer: Nizami Kinoteatr mərkəzi



Daha ətraflı məlumat üçün:
Bakı Yunus Emre İnstitutu
Ünvan: Nəsimi Rayonu, Rəşid Behbudov Prospekti142
Telefon: +99412 440 31 05
E poçt: baku@yee.org.tr


İnform.az

Baxış sayı: 327