Dünya, Siyasət
07.02.2017 / 02:41

“Bütün üzvlər Alyansa üzvlük haqqı ödəsin” - Tramp

“Bütün üzvlər Alyansa üzvlük haqqı ödəsin” - “Biz ciddi şəkildə NATO-nu dəstəkləyirik. Yalnız istəyimiz budur ki, NATO-un ayrı-ayrı deyil, bütün üzvləri Alyansa üzvlük haqqı ödəsin”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatında hərbçilərlə görüşdə bildirib.

D.Tramp vurğulayıb ki, NATO-ya cəmi 5 ölkənin üzvlük haqqı ödəməsi doğru deyil.

Qeyd edək ki, yanvarda D.Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırıb. O bildirmişdi ki, yalnız beş ölkə Alyansa tələb olunan xərcləri ödəyir.

İnform.az

Baxış sayı: 179