Mədəniyyət
17.07.2015 / 14:45

Teatr mövsumu yekunlaşdı

Teatr mövsumu yekunlaşdı

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 46-cı mövsümə yekun vurub.

Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənov İnform.az-a bildirib ki, teatr mövsümü türk yazıçısı Əziz Nesinin “Öldür məni, can-ciyər” tamaşası ilə yekunlaşdırıb. Tamaşanın quruluşçu rejissoru, Əməkdar Artist, teatrın baş rejissoru Firudin Məhərrəmovdur. Rolları Əməkdar artistlər Növrəstə Həşimova, İlahə Səfərova və aktyor Mətləb Səfərli oynayıb.

Teatrın direktoru vurğulayıb ki, “Öldür məni, can-ciyər” tamaşası apreldə İzmirdə keçirilən “Menemen Teatr Festivalı”nda da uğurla çıxış edib.

Teatr yeni mövsümü sentyabrın əvvəlində açacaq.

Baxış sayı: 340