Hərbi
06.02.2017 / 14:35

Şəhid Çingiz Qurbanov Qusarda dəfn olunub - YENİLƏNİB (Fotolar)

Şəhid Çingiz Qurbanov Qusarda dəfn olunub - Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan əsgərimiz Çingiz Qurbanov Qusar şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Müdafiə nazirinin müavini Kərim Vəliyev şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağını onun xidmət etdiyi hərbi hissənin komandirinə təqdim edib. Bayrağın işğaldan azad olunacaq Azərbaycan torpaqlarında dalğalanacağı bildirilib.

Yaylım atəşindən sonra şəhid Çingiz Qurbanov torpağa tapşırılıb.

***

13:32


Qusar şəhərindəki Şəhidlər Xiyabanında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan əsgərimiz Çingiz Qurbanovun dəfn mərasimi keçirilir.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.


Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.

Şəhid Çingiz Qurbanov Qusarda dəfn olunub -


Şəhid Çingiz Qurbanov Qusarda dəfn olunub -


Şəhid Çingiz Qurbanov Qusarda dəfn olunub -


Şəhid Çingiz Qurbanov Qusarda dəfn olunub -


Şəhid Çingiz Qurbanov Qusarda dəfn olunub -


Şəhid Çingiz Qurbanov Qusarda dəfn olunub -


İnform.az

Baxış sayı: 292