Mədəniyyət
04.02.2017 / 21:09

“Tam fərqli repertuarla konsert verəcəyik”- Novruz Npvruzlu

“Tam fərqli repertuarla konsert verəcəyik”-Çağdaş Azərbaycan mədəniyyətində ifa tərzi, mövzusu və mövzulara yanaşma aspekti ilə fərqlənən “Savalan” qrupunun fəaliyyəti hər zaman maraqla izlənilib. Adətən, irfani musiqiləri, dərvişvari ifalar səsləndirən qrup Azərbaycan mədəniyyətində yeni yanaşma ortaya qoydu.
Qrupun bədii rəhbəri və solisti Novruz Novruzlu Moderator.az-a açıqlamasında həm son görülən isşlərindən, həm də gələcək planlarından danışıb:

“Son olaraq, mayda Sabir Rüstəmxanlının Türkiyənin Böyükşəhər bələdiyyəsi tərəfindən keçirilən 70 illik yubileyində onun şeirlərindən ibarət 45 dəqiqəlik repertuarla çıxış etdik.
Oktyabrın 15-də isə Türkiyənin Türkan Saylan adına mədəniyyət mərkəzində Xətai ilə bağlı möhtəşəm konsertimiz oldu. Türkiyənin möhtəşəm “Albayraq qardaşları” adlı qrupu ilə birgə konsert verdik. İndi qismət olsa, aprel ayında tam fərqli repertuarla gözəl bir konsert vermək niyyətimiz var”.

İnform.az

Baxış sayı: 109