Baş xəbər, Mədəniyyət
04.02.2017 / 12:50

"Müfəttiş" gəlir... Fotolar

"Müfəttiş" gəlir...Inform.az-ın xəbərinə görə Mingəçevir Dövlət Dram Teatrı fevralı 3-də məşhur rus yazarı N.V.Qoqolun “Müfəttiş” pyesi üzrə hazırlamış olduğu tamaşanın premyerasını gerçəkləşdirdi
quruluşçu rejissor sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrın baş rejissoru Xəzər Gəncəlinin hazırlamış olduğu tamaşada “kimdir müfəttiş” sualının cavabı araşdırılır və müfəttişin bizim yatıb uyuyan vicdanımız olduğu və onun günlərin birində bizləri məhşəl ayağına çəkəcəyi fikri vurğulanır.
Məşhur yazar öz müasirlərinə kənardan özlərinə baxmaq üçün şərait yaratmış hansı əsirdə yaşadıqlarından asılı olmayaraq bütün mənfi xarakterləri səhnəyə çıxarmaqla yaltaqlığı, tənbəlliyi, rüşvətxorluğu göstərməyə çalışmışdır. Əsərdə olduğu kimi tamaşanında əsas qəhrəmanı qorxudur. “Müfəttiş gəlir...” sözündən sonra təzahür edən qorxu!.
Bu hiss hadisədən hadisəyə inkişaf edərək əsərin qəhrəmanlarını tamaşanın finalında iflic vəziyyətinə salır.
Tamaşanın bədii tərtibatı - Səbinə Həsənova, geyim üzrə rəssam – Zöhrab Salamzadə, Musiqi tərtibatı – Elnur Rəsulovundur.
Tamaşada bütün aktyor heyəti iştirak edir.
Tamaşanın geniş tamaşaçı auditoriyasına nümayiş etdirilməsi nəzərdə tutulub.

"Müfəttiş" gəlir...


"Müfəttiş" gəlir...


"Müfəttiş" gəlir...


Inform.az

Baxış sayı: 365