Maqazin
03.02.2017 / 16:02

Türkiyəli müğənni Bakıya gəlir

Türkiyəli müğənni Bakıya gəlirTürkiyəli məşhur müğənni Rafet El Roman Azərbaycana gəlir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin özü sosial şəbəkədə məlumat yayıb.

El Roman qeyd edib ki, Avropa turuna start verib. İfaçı Rusiya, Niderland, Kıbrıs və Azərbaycanda konsert verəcək.

Rafet Bakıdakı pərəstişkarları ilə fevralın 14-də görüşəcək, yerli restoranların birində çıxış edəcək.

İnform.az

Baxış sayı: 500