Gündəm, Dünya, Siyasət
03.02.2017 / 15:55

"Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycan və Ermənistanın təhlükəsizliyinə təhdididir"- Mariya Zaxarova

"Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycan və Ermənistanın təhlükəsizliyinə təhdididir"-"Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycan və Ermənistanın təhlükəsizliyi, stabilliyi və gələcək inkişafına təhdididir".

İnform.az APA-nın məlumatına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın yeni dövlət katibi Teks Tillersonun bu vəzifəyə seçilməsi üçün keçirilən dinləmələr zamanı Dağlıq Qarabağ münaqişəsinin ABŞ-ın da milli təhlükəsizlik maraqlarına təhdid olması ilə bağlı çıxışına münasibət bildirərkən deyib. O, ABŞ-ın mövqeyini şərh etmədiyini və bu ölkənin təhlükəsizliyinə olan təhdidləri özünün müəyyənləşdirdiyini bildirib.

Mariya Zaxarova bloqger Aleksandr Lapşinin Belarus tərəfindən Azərbaycana təhvil veriləcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib: “Rusiya vətəndaşının 3-cü ölkəyə verilməsi qəbuledilməzdir. Biz bu məsələ ilə bağlı Belarus XİN və müvafiq orqanlarla əlaqə saxlayırıq”.

İnform.az

Baxış sayı: 347