Sosial
17.07.2015 / 14:08

Qida təhlükəsizliyi üzrə monitorinq

Qida təhlükəsizliyi üzrə monitorinq

İsmayıllıda “İstehlakçıların maarifləndirilməsinə dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Regionlarda qida təhlükəsizliyi üzrə monitorinq və istehlakçı hüquqlarının təbliğ edilməsi” layihəsi çərçivəsində növbəti maarifləndirmə görüşü keçirilib.

İctimai Birlikdən İnform.az-a bildiriblər ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşıb.

Layihənin məqsədi Masallı, Lənkəran, Şamaxı və İsmayıllıda yaşayan istehlakçıların qida təhlükəsizliyinin mövcud durumunu qiymətləndirmək, bu təhlükəsizliyin qorunmasına səy göstərmək, istehlakçı hüquqlarına dair piar təbliğatı aparmaqla əhalinin istehlakçı mədəniyyətini yüksəltmək, yerli əhalinin qida təhlükəsizliyini təmin etmək və bu istiqamətdə maarifləndirməkdən ibarətdir.

Baxış sayı: 339