İqtisadiyyat
17.07.2015 / 13:59

Büdcə dəstəyi müzakirə edildi

Büdcə dəstəyi müzakirə edildi

Kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mardla görüşüb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən İnform.az-a verilən xəbərə görə, görüşdə Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafına Büdcə Dəstəyi Proqramı müzakirə olunub.

M. Mard Aİ-nin 2012-2015-ci illərdə Azərbaycan Hökumətinin bir sıra tədbirlərini dəstəkləmiş Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafına Büdcə Dəstəyi Proqramının uğurla başa çatdığını deyib. Diplomat Aİ ölkələrinin Azərbaycandan qida məhsullarının ixracında maraqlı olduqlarını bildirərək, bir il yarım müddətində aqrar sahədə baş verən köklü dəyişikliklərin şahidi olduğunu vurğulayıb.

Baxış sayı: 309