Şərhlər
03.02.2017 / 01:19

Bu kənd adi kənd deyil

Bu kənd adi kənd deyil İnform.az təqdim edir:
Bəybala Mİrzəyevin facebook səhifəsindən yeni şərh:

ERMƏNİLƏR BU KƏNDİ TƏMİR ETMƏYİMİZİ HEYRƏT İÇİNDƏ və TƏŞVİŞLƏ İZLƏYİRLƏR

Söhbət Cocuq Mərcanlı kəndindən gedir...
Bu kənd Cəbrayılda yerləşir. Vaxtilə ermənilər tərəfindən dağıdılıb. Lakin Azərbaycan hökuməti bu yaxınlarda bu kəndin təmirinə, bərpasına başlayandan sonra bu kənd birdən-birə dünyanın
diqqət mərkəzinə düşüb. Hətta BMT rəsmiləri də bu kəndlə maraqlanmağa başlayıb.
Amma ən çox maraq göstərənlər isə əlbəttə ki ermənilərdir. Onlar hal-hazırda kəndin sürətlə bərpa edilməsi prosesini böyük bir həyacan və təşviş hissi ilə izləyirlər.
Erməni ekspertlərindən biri hətta belə bir ifadə də işlətdi ki, "əgər azərbaycanlılar bu gün Cocuq Mərcanlıya qayıtmaq üçün hazırlaşırlarsa, deməli, nə vaxtsa Şuşaya da qayıdacaqlar"
Bəli, bu, aksiomadır !

P.S.
Maraqlıdır ki, Çocuq Mərcanlıdan olan məcburi köçkünlər də səbirsizliklə öz doğma kəndlərinə köçəcəkləri günü gözləyirlər.
Bu faktın özü də bizim bəzi ağzıgöyçəklərimizə ağır zərbədir. "Əşşi, qaçqınlar öz yurdlarını unudublar, Bakıya da yaman öyrəşiblər, onlar bu cür rahat şəraiti qoyub bir də o yerlərə ayıtmazlar" kimi sərsəm düşüncə sahiblərinin də ağızları artıq yumuldu. Cocuq Mərcanlı camaatı belələrini yaman pərt vəziyyətdə qoydu.
Hətta əvvəllər heç vaxt o kənddə yaşamamış bəzi insanlar da bərpa işləri bitdikdən sonra o kəndə köçüb oralarda yaşamaq istəyini dilə gətirirlər.
Bax bu da erməniləri qorxuya salan başqa bir faktordu.Ermənilər azərbaycanlılardan belə bir revanş, belə bir davranış, belə bir əda gözləmirdilər.
Onlar bizim mağmınlığımıza, sadəlövh, dinc xarakterimizə öyrəşmişdilər.

Bu kənd adi kənd deyil

Lakin......lakin indi biz erməniləri heyrətləndirməyə və yuxularını qarışdırmağa başlamışıq !!!

İnform.az

Baxış sayı: 275