Siyasət, Şərhlər
02.02.2017 / 17:53

Mən dövlətim üçün nə edirəm?!

Mən dövlətim üçün nə edirəm?!
Samirə Allahverdiyeva/YAP Səbail rayon təşkilatının məsləhətçisi

(Gənclik düşüncələri)

"Mən dövlətim üçün nə edirəm?" sualı hər zaman məni çox düşündürən suallardan olub.
Dövlət üçün nələri etdiyini dahi şəxsiyyətlərimizin həyat tarixcəsinə nəzər saldıqca anlamaq olar ki, hər bir insanın öz sahəsində dövlətini irəli çəkə bilməsi, təmsil etməsi ən əsas faktorlardandır. Bütün dünyanın qibtə etdiyi dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına olan xidmətlərini nə qədər geniş mənada danışsaq da, cild-cild kitablar yazsaq da bitirə bilmərik desək azdır. Bəlkə də Azərbaycan lüğətində elə bir kəlmə, elə bir söz yoxdur ki, Ulu Öndərin Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə olan xidmətini izah edə.
Bu gün cənab prezidentimiz İlham Əliyev bu siyasəti layiqincə davam etdirir. Bunu da təbii ki, müstəqil Azərbaycanın beynəlxalq aləmdə bayrağının dalğalanması, sözünün eşidilməsi, Azərbaycan liderinin dünyada qəbul edilməsi ilə sübuta yetirmək olar. Bu da təbii ki, bizə qürur verməklə yanaşı eyni zamanda qarşımızda böyük vəzifələr qoyur və məsuliyyətimizi artırır.
Müstəqilliyimizin elan olunması və onun qorunub saxlanması həmin bu siyasətin və bu böyük liderin, Heydər Əlirza oğlu Əliyevin yüksək, uzaqgörən düşüncəsinin təcəssümüdür. Eyni zamanda qeyd etmək istərdim ki, 1918- ci ildə Azərbaycanın tarixində artıq bir dəfə müstəqilliyimizi itirmək qeyd olunub. Deməli müstəqilliyi qorumaq elə də asan deyil. Ulu Öndər Heydər Əliyevin təbirincə desək "Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir".
Bu gün biz artıq 25 illik bir müstəqillik tarixini yaşıyırıq və əlbətdəki bu müstəqilliyimizi düzgün qurulmuş siyasətə və düzgün siyasətçi- Ulu Öndər Heydər Əliyevə borcluyuq.
Lakin hər birimizin üzərinə düşən vəzifə də vardır ki, biz gənclər çox yaxşı bilirik ki, bütün bu qurulanları yaşatmaq, qorumaq, gələcək nəsillərə sağlam formada ötürmək məhz bizim, Azərbaycan gənclərinin əlindədir. Bu bizim Ümummilli Lider Heydər Əliyev ideyalarına, Ulu Öndər siyasətinə olan danılmaz borcumuzdur.
Qazanılmış bu müstəqilliyi bizə əmanət etdikləri üçün biz bu əmanəti güclü şəkildə qorumalı, daha da inkişaf etdirməli və gələcək nəsillərə sağlam şəkildə ötürməliyik. Bu, bu gün Azərbaycan gəncliyinə, Azərbaycan xalqına layiqincə xidmət edən, ona arxa dayaq olan, onun inkişafını, tərəqqisini istiyən və bu istiqamətdə fəaliyyət göstərən cənab prezident İlham Əliyevə olan borcumuzdur və biz bunu layiqincə həyata keçirməliyik.
Yuxarıda qeyd etdiyim kimi,"hər bir Azərbaycan gəncinin üzərinə müəyyən vəzifələr düşür,"
Bu əlbətdəki hər bir kəsin işlədiyi yerdən, aldığı təhsildən, yaşadığı mühitdən, məkandan başlayır. Düşünürəm ki, hər bir azərbaycanlı əgər öz vəzifəsini düzgün mənimsəyərək vicdanla icra etsə elə bu böyük bir xidmət olar dövlət üçün, millət üçün, cəmiyyət və gələcək nəsillər üçün. Bununla da öz vəzifəsinin öhdəsindən gəlmiş, üzərimizdə olan borcun məsuliyyətindən az da olsa çıxmış olacağıq.
Biz gənclərin üzərinə düşən əsas və əvəzsiz borc ilk öncə əlbətdə ki, öz tariximizi, soy kökümüzü dərindən öyrənmək, mənimsəmək, düzgün təhsilə yiyələnməkdir.
Bu gün bütün dünyada söz demək haqqı qazanan müstəqil dövlətimizin həqiqətlərini dünyaya çatdırmağımız üçün tariximizi bilməklə yanaşı hər bir gəncimiz xarici bir neçə dilə də yiyələnməlidir deyə düşünürəm.
Məncə savadlı gənclərin yetişdirilməsi gələcək tariximizin sığortasıdır. Hər bir güclü dövlətin arxasında düzgün təhsilli, güclü elmə malik idarəedicinin imzası var.
Zaman dəyişir, həyat dəyişir, inkişaf edir və dünyada baş verən proseslərdən kənarda qalmaq əlbətdəki geriləməyə səbəb yaradır. Ona görə də daim nanotexnologiyalardan yararlanmalı, inkişafa doğru addım atmalı və hətta yeni kəşflərin bilavasitə ixtiraçısı olmalıyıq.
Cəmiyyətdə formalaşmış bir fikir vardır ki, hansı ki, bu fikirlə qətiyyən razı deyiləm. Bir çox insanların düşüncəsində formalaşmış olan “dövlət mənim üçün nə edir”- ifadəsi təmamilə absurt bir fikirdir deyə düşünürəm. Çunki mən hər zaman düşünürəm ki,insanlar özlərinə verməli olan vacib sual vardır: “Mən Dövlətim üçün nə edirəm?”.
Dövlət hər bir vətəndaşı üçün əsas olan stabillik, müstəqillik, qorxusuz həyatla təmin edirsə artıq bu stabilliyi, inkişafı davam etdirən cəmiyyət formalaşmalı və mövcud olmalıdır. Dövləti, cəmiyyəti formalaşdıran ən vacib, ümdə məsələ isə düşünürəm ki, ilk olaraq təhsildən başlıyır. Hər bir insan öz bacardığı və sevdiyi sahənin arxasınca getməli və bu yolda dövlətinə öz tövhələrini verməlidir. Belə olan halda daimi inkişafa yönəlik proseslər dövləti daha da möhkəmləndirəcək və inkişaf etdirəcəkdir. Dahi Azərbaycan alimi Nizami Gəncəvinin Leyli və Məcnun əsərindən bir parça olan “Oğlum Məhəmmədə nəsihət” adlı şerində də qeyd etdiyi kimi:
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Məndən söyləməkdir, səndən eşitmək,
Bir insan əliboş gəzməsin gərək..
Həqiqətən də dahi bir insandan dahiyanə fikir olaraq qeyd olunmuş bu kəlamdan da nəticə çıxardaraq deyə bilərəm ki, insanın mənfi iş görməsinin əsas səbəbi bekarçılıqdan irəli gəlir və ona görə də hər bir insan öz vaxtını, zamanını düzgün şəkildə bölməli və düzgün istiqamətdə sərf etməlidir.
Vətən dedikdə müəyyən sərhədlərdən ibarət bir ərazi və ya torpaq sahəsi, coğrafi bir məkan deyil, insanın bağlı olduğu, yaşamasını borclu olduğu xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaq, ayrılmaz bir tərkib hissəsidir.
Geniş düşünəsi olsaq deyərdim ki, əslində Vətən sevgisi o qədər böyük və dərin hissdir ki, bu nəinki insanlarda, hətta, digər canlılarda belə formalaşıb. Misal üçün, müxtəlif növlü istisevər quşlar və digər heyvanlar vardır ki, havalar soyuduğu zaman isti ölkələrə uçub getmələrinə rəğmən, yenidən öz vətənində havalar isinən kimi km-lərlə məsafə qət edib yenidən öz doğma yurd-yuvalarına geri dönürlər.
Hələ təzə dünyaya gəlmişdim Qarabağ kimi bir incimiz düşmənlər tərəfindən işğal edilmişdi. Körpə olan zaman çox eşidirdim ki, “Xarı Bülbül”- gülü yalnız Şuşa meşəsində bitir. Böyüdükcə bu məni daha çox düşündürürdü ki, "necə yəni bir bitkini necə əkəsən ki, o bitməyə?".
Amma daxilimdə Vətən sevgisi böyüdükcə daha yaxşı anlıyıram bu sualımın cavabını. Çünki hər bir canlının formalaşdığı, yarandığı, Allahın pay olaraq göndərdiyi bir doğma diyar vardır ki, hansı ki, hər yerdə yaşamaq olar amma vazkeçilməz olan doğma ana qucağı kimi əziz məkanı heç yerlə əvəz etmək, unutmaq mümkün deyil. Hər bir canlının mənsub olduğu doğma torpaqlar olan Vətən kəlməsi hər birimiz üçün əvəzedilməz və vazkeçilməz olmalıdır. Düşünürəm ki, hər bir gəncin üzərinə düşən ən önəmli faktorlardan da biri məhz elə budur: Torpağa, millətə, milliyətçiliyə bağlı olmalı, əziz tutmalıyıq.
Bizim borcumuz Vətənimizə layiqincə xidmət etmək və vətənizimin,xalqımızın namusunu, qeyrətini çəkməkdir. Yaxın zamanda şahidi olduğumuz “Aprel” döyüşləri zamanı gənclərimizin dövlətimizə, millətimizə necə sıx bağlı olduğuna, necə sevdiyinə hər birimiz şahid olduq. Gənclərimiz dövlətimizin gələcəyi naminə heç düşünmədən necə canlarını fəda etdilər hər birimiz canlı şahidik və bunu danmaq mümkün deyil. Bu hadisə bir daha onu göstərdi ki, biz gənclər Vətənə, millətə, dövlətə, cənab prezidentimiz İlham Əliyevə tam şəkildə arxalana bilərik və Ali Baş Komandanın bir əmriylə bütün işğal altında olan torpaqlarımızı azad etməyə qadirik.
Biz gənclərin ən əsas dövlət üçün edəcəyi vacib faktor- dövlətə, millətə sədaqətli olmaq, hər zaman onun keşiyində durmaq, daim böyük məhəbbət, sevgiylə yanaşmaq və qorumaqdır.
Vətən bizim qeyrətimiz, namusumuz, şərəfimizdir, and yerimizdir. Biz gənclərin borcudur əmanəti qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək. Bu borcun öhdəsindən əminəm ki, bu günki savadlı, inkişafayönəlik gənclik çox yaxşı formada, layiqincə gələcəkdir. Bu yolda hər bir Azərbaycan gəncinə uğurlar arzu edirəm və əminəm ki, gələcək bizimlə gələcək. Arzu edirəm ki, hər bir Azərbaycan gənci Vətən üçün elə bir şəxs olsun ki, hər birimiz- özümüzə dönüb sual verəndə - “Mən Vətən üçün nə edirəm?”- verməyə cavabımız olsun.

İnform.az

Baxış sayı: 395