Şərhlər
02.02.2017 / 14:54

Əsgərimiz əsir düşüb ? Kimə inanaq: ermənilərə, yoxsa özümüzə ?

Əsgərimiz əsir düşüb ? Tanınmış araşdırmaçı-jurnalist Bəybala Mirzəyevin şəxsi facebook səhifəsində paylaşdığı aktual mövzulu şərhləri İnform.az oxucularına mütəmadi təqdim edir. Jurnalistin bu günki şərhi də maraq doğurur:

Müdafiə Nazirliyi:
"ERMƏNİSTAN ŞOU DÜZƏLTMƏK İSTƏYİR..."

Azərbaycan Müdafiə Nazirliyi KİV-lərin nümayəndələrini və həmçinin sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırır Azərbaycan Müdafiə Nazirliyi (MN) Elnur Hüseynzadənin əsir düşməsi ilə bağlı "Sputnik Azərbaycan"-ın soruğusuna cavab verib.
Nazirlikdən verilən məlumata görə, erməni tərəfi guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində təxribat törətməsi və hərbi qulluqçusu Elnur Hüseynzadənin əsir düşməsi barədə yaydığı yalan məlumatdan şou düzəltmək niyyətindədir.
Müdafiə Nazirliyi əsir götürüldüyü deyilən Azərbaycan hərbçisi barədə məlumat yayıb.
"Böyük ehtimalla ermənilər E.Hüseynzadənin hərbçi olduğunu nümayiş etdirmək üçün onun əsir düşdüyü zaman guya hərbi geyimdə, hətta silahlı olmasını belə əks etdirən foto və video
materialların yayılmasını təşkil edə bilər" — MN bəyan edir.
Nazirlik onu da qeyd edib ki, hərbi geyim formasını müxtəlif xüsusiləşdirilmiş ticarət obyektlərindən də əldə etmək mümkündür.
Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşının uydurmalarına inanmamağa çağırır və bir daha bildirir ki, E.Hüseynzadə bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

P.S. Əlbəttə, biz ölkəmizin Müdafiə Nazirliyinin sözünü bir kənara qoyub, əvəzində erməni yalanlarına inanası deyilik.
Biz öz ordumuzun, öz nazirliyimizin yanındayıq!
Amma Müdafiə Nazirliyi də təcili surətdə araşdırmalıdır ki, ordudan tərxis edilmiş bu vətəndaşımız ön cəbhəyə necə düşüb və həm də onun əsirlikdən azad edilməsi üçün təxirəsalınmaz tədbirlər görülməlidir.

Əsgərimiz əsir düşüb ?


İnform.az

Baxış sayı: 491