Maraqlı
02.02.2017 / 14:42

Alimlər 3 milyon il əvvəl mövcud olan qitə kəşf ediblər- FOTO

Alimlər 3 milyon il əvvəl mövcud olan qitə kəşf ediblər-Missiya.az "Nature Communications" jurnalına istinadən xəbər verir ki, yer üzündən silinən qitə Afrikanın şərq hissəsində yerləşən Mauritius vulkanik adalarının ətrafında tapılıb.

Yeni aşkar edilən qitə Hind okeanı ərazisində yerləşir. Alimlər okeandan 2.5-3 milyon il əvvəllə aid zirkonyum maddəsinin kristan parçalarını tapıblar. Araşdırmaçılar kristalın okeanın üzərinə vulkan layları ilə gəldiyini bildiriblər. Bu maddənin tapılması alimlərə keçmişdə Hind okeanı ərazisində qitənin olduğunu deməyə əsas verib.
2013-cü ildə Norveç, Şərqi Afrika, Almaniya və İngiltərənin alimləri Hind okeanından 50-80 milyon il əvvəllə aid 25-30 km qalınlığında torpaq sahəsi aşkar etmişdi.

Həmin vaxt alimlər ərazinin qitələrdən ayrılarkən böyük dalğaların altında qardığı barədə məlumat yaymışdılar. Bu səbəbdən tapılan torpaq sahəsini «Mauritia» adlandırıb.

Alimlər 3 milyon il əvvəl mövcud olan qitə kəşf ediblər-


İnform.az

Baxış sayı: 154