Maraqlı
02.02.2017 / 12:10

Zəka işığında

Zəka işığındaİnform.az yeni layihəyə start verir. Dəyərli oxucular, "Zəka işığında" adlanan bu layihəmizdə siz dünyanın tanınmış fikir sahiblərinin ömür hekayələri, eləcə də onların hər bir insan həyatında önəmli rol oynaya bilən kəlamları ilə tanış olacaqsınız.

İdeya, hikmət, fəlsəfə.


İdeya ağlı artırmır, yönəldir.
Əbu Turxan

Həyatımız səyahət, ideya isə bələdçimizdir.
Hüqo

İdeya sürtünmə nəticəsində alovlanır.
K.Buniç

İdeyaları yalnız ideyalar zərərsizləşdirə bilər.
Balzak

Yeni dövr yeni ideyaları əldə etməklə yeni göz də əldə edir və insan ruhunun qədim əsərlərində çoxlu yeni şeylər görür.
Heyne

Hər hansı yeniliyi sübuta yetirmək çətindirsə, deməli, ona hələlik ehtiyac yoxdur.
Vovenarq

Ədəbiyyatın vəzifəsi hadisələri ideyaya çevirməkdir.
Santayana

Aforizmlər söz sədəfinə salınmış həqiqət inciləridir.
Əbu Turxan

Aforizmlər universal həqiqətin insan həyatına proyeksiyasıdır.
Tur Xander

Uzun yazmaq üçün-yazmağa çox vaxt sərf edilir, qısa yazmaq üçün düşünməyə.
Əbu Turxan

Fəlsəfə heyrətdən başlayır.
Platon

Xalqı fəlsəfəsiz qoymaq məbədi kahinsiz qoymaq kimi bir şeydir.
Kamyu

Filosofların nəzərində aləm üçdür:əqllər aləmi, nəfslər aləmi və cisimlər aləmi.
Ş.Y.Sümrəvərdi

Fəlsəfədən ayrılıb çox uzaqlara gedən elm özünü dərk etmək üçün gec-tez yenə fəlsəfənin bətninə qayıtmağa möhtacdır.
Əbu Turxan

Əgər geniş kütlə fəlsəfi ideyaları mənimsəməyə bilmirsə, filosoflar kütlənin içinə getməyi və publisistik üslubda yazmağı öyrənməlidirlər.
Tur Xander

Mənbə:S.Xəlilov, Aforizmlər:seçilmişlərdən seçilmişlər.Bakı-2012

İnform.az




Baxış sayı: 126