Dünya
17.10.2016 / 12:00

Tramp od püskürdü

Tramp od püskürdüRespublikaçılar partiyasından Namizəd Donald Tramp Twitterdə ABŞ prezidentliyinə seçkilərin saxtalaşdırılması haqqında bəyanat verib.

İnform.az Rusiya mətbuatına istinadən bildirir ki, Amerika milyarderi, Respublikaçılar partiyasından ABŞ prezidentinin postuna namizəd Donald Tramp öz Twitter səhifəsində seçkilərin nəticələrinin ölkənin bir çox seçki məntəqələrində tez-tez saxtalaşdırıldığı barədə şərh yazıb.

ABŞ prezidentliyinə namizəd Donald Tramp: "Seçkilər şərəfsiz və qərəzli KİV-lə saxtalaşdırılır və Hillari Klintonu irəli itələyirlər. Eyni hallar seçki məntəqələrindədə yaşanır. Kədərlidir"-deyə yazıb.

İnform.az

Baxış sayı: 607