Ədəbiyyat
15.10.2016 / 02:19

Mən payızı sevirəm...

Mən payızı sevirəm...
Aida Eyvazlı (Hürufi)

Mən PAYIZI sevirəm. Həm də ona görə ki, bu gün 15 oktyabrda anam məni bu dünyaya əmanət edib. Dünya Mən adlı əmanətini necə qoruyub, necə yaşadıb, özü bilər. Amma bir bildiyim var ki, gözəl dostlar qazanmışam, ələnənlərim ələnib, qalanlarım mənimlədir. Xöşbəxtəm, bəxtliyəm, şanslıyam. Amma hərdən Tanrı ilə dialoqum da olur. Onunla doğum günümdə ötən ildə belə danışmışdım, bu şeri mənə hədiyyə etdi. Bu gün də danışığımız qüvvəsindədir!
Ağcaqayın meşələrin gözəli,
Ağ gövdəsi gəlin kimi bəzənib,
Qızıljarın meşəsində düzlənib,
Yol gözləyir, elə bil nə zamandır,
Ağcaqayın, zaman ayrı zamandır!
Bu dünyamda haqqa nahaq demədim,
Ömrüm boyu haram tikə yemədim.
Göy Tanrımdan özümə bəxt istədim:
Eşitmədi, Tanrı məni, Haqq məni,
Ağcaqayın yenidən yaz bəxtimi.
Düz danışıq düzdə qoydu düzləri,
Kölgən altda sərinlətdin yüzləri,
Heç qalarmı unutqanın izləri,
İndi nədən qınayırsan bəs məni,
Ağcaqayın, aldatdı dünya məni!!!
Yaza yoldaş, yaya sərin bulaqsan ,
Payız fəsli yarpaqları sozalan,
Qış gəldimi... Qar-çovğuna dayanan,
Küləkləri səhralarda qovlayan,
Ağcaqayın için-için ağlayan!!!
Çiskin sənin, düman mənim payımdır,
Xınalanan payız mənim AYımdır!
Xəzan olan yarpağını sayımmı?
Yarpağını örpək elə dərdimə...
Sənin kimi dostum varsa, dərdim nə?
Mən atamı o payızda itirdim,
Atasızlıq, anasızlıq çətindir.
Bu Hürufi doğulandan yetimdir,
Ovut məni yarpaq laylalarınla,
Ağcaqayın,bu payız aylarında!!!
15.10.2015

İnform.az

Baxış sayı: 1057