Baş xəbər, Maraqlı
13.10.2016 / 13:00

Fizik ölümdən sonra həyatın mövcudluğunu sübut etdi

Fizik ölümdən sonra həyatın mövcudluğunu sübut etdi


Şimal Karolina Universitetinin tibb məktəbindən professor bildirir ki, biosentrizm nəzəriyyəsinə əsasən, ölüm illüziyadır, hansını ki, bizim şüurumuz yaradır. Robert Lans iddia edir ki, insanlar ölümündən sonra paralel dünyaya keçir.

İnform.az xarici mətbuata istinadən bildirir ki, tədqiqatçının sözlərinə görə, insan həyatı çoxillik bitki ilə oxşardır, hansı ki, multikainatda çiçəkləmək üçün həmişə yenidən qayıdır. Alim hesab edir ki bizim gördüyümüz hər şey, bizim şüurumuzun sayəsində mövcuddur. Həmçinin Robert Lans vurğulayıb ki, insanlar ölümə inanırlar, çünki onları belə öyrədirlər , və ya çünki şüur daxili orqanların fəaliyyətiylə həyatı assosiasiya edir. Lans hesab edir ki, ölüm həyatın mütləq tamamlanması deyil, və paralel dünyaya keçid deməkdir.

Fizikada çoxdan vəziyyətlərin və insanların müxtəlif variasiyalarıyla kainatların sonsuz sayı haqqında nəzəriyyə mövcuddur. Baş verə bilən hər şey, artıq harada isə olur, deməli, ölüm prinsip etibarilə mövcud ola bilməz.

İnform.az

Baxış sayı: 381