Diaspora Akademiyası, Baş xəbər
12.10.2016 / 16:53

Şəmkir nümayəndə heyəti Belarus Respublikasında rəsmi səfərdədir- Fotolar

Şəmkir nümayəndə heyəti Belarus Respublikasında rəsmi səfərdədir-

12 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Şəmkir rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şəmkir nümayəndə heyəti Belarus Respublikasında fəaliyyət göstərən Azərbaycan səfirliyində görüş keçirib.
İnform.az-ın xəbərinə görə görüşdə Azərbaycan Respublikasının Belarusiyada fövqəladə və səlahiyyətli səfiri cənab İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə, səfirliyin əməkdaşı Zülfüqar Tanrıverdi, Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşı Davud Süleymanov, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov iştirak ediblər.
Görüşdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi rəhbərliyinin və Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədovun səmimi salamları cənab səfirə çatdırıldı.
Bildirildi ki, “Şəmkir Gənclər Paytaxtı-2016”-cı ili çərçivəsində Belarus Respublikasının Nesvij şəhəri ilə Azərbaycan Respublikasının Şəmkir rayonu arasında imzalanmış əməkdaşlıq memorandumunun davam etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Səmimi söhbət formatında keçən görüşdə, qonaqlar Minsk şəhəri haqqında öz təəssüratlarını bölüşüblər.
Xatırladaq ki, səfər 11-16 oktaybr tarixlərində davam etdiriləcəkdir.

Şəmkir nümayəndə heyəti Belarus Respublikasında rəsmi səfərdədir-


Şəmkir nümayəndə heyəti Belarus Respublikasında rəsmi səfərdədir-


Şəmkir nümayəndə heyəti Belarus Respublikasında rəsmi səfərdədir-


Şəmkir nümayəndə heyəti Belarus Respublikasında rəsmi səfərdədir-


İnform.az

Baxış sayı: 450