Mədəniyyət
12.10.2016 / 12:38

Mingəçevir Dövlət Dram teatrında yeni uşaq tamaşası hazırlanır

 Mingəçevir Dövlət Dram teatrında yeni uşaq tamaşası  hazırlanır

Mədəniyyət və Turizm Nazirliyinin təyinatı ilə, Qazax Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubov Mingəçevir Dövlət Dram teatrında yeni uşaq tamaşası hazırlayır.
Şair dramaturq İsgəndər Coşqunun qələmə aldığı “Çal oyna” alleqorik janrda yazılmış mənzum nağıl-pyesdir.
İnform.az-a teatrdan verilən məlumata görə Müəllif heyvanların dili ilə hiyləyə, yalana nifrət, zəhmətə, düzlüyə, etibara və əməyə rəğbət aşılayır.Müəllif tərəfindən göstərilən bu problemlər quruluşçu rejissor Musa Eyyubov tərəfindən tamaşada daha da qabardılır.
Tamaşada balaca tamaşaçıları dostluqda möhkəm olmağa, hər bir işdə düz olmağa, əməyə, zəhmətə hörmətlə yanaşmağa çağırır. Çünki hər bir işin açarı düzlükdür, hər bir müvəffəqiyyətin rəhni əməkdir, zəhmətdir.

 Mingəçevir Dövlət Dram teatrında yeni uşaq tamaşası  hazırlanır

Rollarda:
Ana dovşan-Afət Əliyeva, Ruhəngiz Abdullayeva
Balaca dovşan -Fəridə Məmmədova, Aytən Allahverdiyeva
Tülkü-Ceyhun Əhmədov, Turqut Məsimli
Keçi-Amil Fərzəliyev, Elvin Əkbərli
Ceyran-Nargilə Abdullayeva

 Mingəçevir Dövlət Dram teatrında yeni uşaq tamaşası  hazırlanır

Yaradıcı heyət:
Səhnə tərtibatı--Rafael Həşimov (əməkdar rəssam)
Musiqi tərtibatı-Elnur Rəsulov
Rejissor assistenti- Xəyalə Qəmbərova

İnform.az














Baxış sayı: 617