Maqazin
17.07.2015 / 11:28

Atamın mahnılarını oxumuram

Atamın  mahnılarını oxumuram

Xalq artisti Yalçın Rzazadə oğlu Mətin Rzazadə ilə birlikdə verilişə qonaq olub. Atamın mahnılarını oxumuram. Yalçın Rzazadədən sonra onun mahnılarını oxumaq düzgün deyil. “Başqaları oxuyanda da düzgün etmirlər".
Y.Rzazadə isə gənc ifaçılardan şikayətlənib:
"Mahnıları çoxları oxuyur. Amma əksəriyyəti məndən icazə almırlar. Əfsuslar olsun ki, çox az adam fikrimi öyrənir. Bütün dünyada adətdir, hansısa ifaçının mahnısını oxuyanda deyirlər ki, filankəsin repertuarından. Gənclər bilmir ki, nə qədər özlərini sadə aparsalar, sənət mədəniyyətini qavrasalar, hörmətləri də bir o qədər yüksək olar".
Xalq artisti oğlunun müğənni olmasını istəmədiyini bildirib:
"Heç vaxt istəməzdim oğlum müğənni olsun. Amma heç vaxt onlara demədim. Sənətdə olmaq asan deyil. Gərək istedadlı olasan. Üç oğlum var. Övladımın biri gömrükdə kapitandır, böyük oğlum isə heykəltaraşdır".

Aysel TALIBQIZI/Inform.az

Baxış sayı: 405