Diaspora Akademiyası, Baş xəbər
11.10.2016 / 15:47

"Ukraynalı deputatlar belə hadisələrdən çox narahatdırlar"- Rüfət Quliyev

"Ukraynalı deputatlar belə hadisələrdən çox narahatdırlar"-"Ukraynada yaşayan azərbaycanlıların təhlükəsizliyi üçün bütün tədbirlər görülür."
İnform.az bildirir ki, bunu Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının sədr müavini, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev deyib.

Xəbər verdiymiz kimi, Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının sədr müavini, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev oktyabr ayının 6-dan 10-na kimi Ukraynada rəsmi səfərdə olub.

Səfərdən qayıtdıqdan sonra Rüfət Quliyev kütləvi-informasiya vasitələri üçün geniş açıqlama verib.

Açıqlamada bildirilir ki, oktyabr ayının 6-da deputat Kiyev şəhərində Ukrayna-Azərbaycan parlamentlarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və bəzi üzvləri ilə görüşüb.

Görüşdə Azərbaycan tərəfdən deputat Rüfət Quliyev, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Azərbaycanın Ukraynadakı diasporunun fəalları, Ukrayna tərəfindən isə qrupun rəhbəri Maksim Kuryaçı, üzvləri Aleksandr Jolobetski, Oleq Medunitsa, İvan Vinnik, Serqey Rudik, Nikolay Lavrik, İqor Qus və onların köməkçiləri iştirak edib.

Görüşdə geniş çıxış edən Rüfət Quliyev son vaxtlar Azərbaycan-Ukrayna əlaqələrinin hər sahədə yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq qeyd edib ki, cari ilin iyul ayında Ukrayna Prezidenti Petro Poroşenkonun Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri bu münasibətlərin tarixində yeni səhifə açıb, strateji müttəfiq olan iki dost ölkəni daha da yaxınlaşdırıb. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycan həmişə Ukraynanın maraqlarını dəstəkləyib, Ukrayna da həmişə Azərbaycana dost ölkə olduğunu nümayiş etdirib.

Eyni zamanda Rüfət Quliyev ukraynalı həmkarlarının nəzərinə onu da çatdırıb ki, son vaxtlar Ukraynanın bəzi vilayət və şəhərlərində azərbaycanlılara qarşı xoşagəlməz hallar baş verməkdədir. Deputat nəzərə çatdırıb ki, belə hallar iki ölkənin qardaşlıq münasibətlərinə xələl gətirə bilər və onların qarşısı qətiyyətlə alınmalıdır. İşçi qrupun üzvləri də bu mübarizədə fəal mövqe tutmalıdırlar.

Ukraynalı deputatlar bu mövzu ətrafında deputatın çıxışlarını dinləyərək qeyd ediblər ki, ölkə müharibə şəraitində olduğundan cəbhəyanı bölgələrdə kriminogen vəziyyətdə gərginlik hiss olunur və yalnız azərbaycanlılara qarşı deyil, digər millətlərin nümayəndələrinə və ukraynalıların özlərinə qarşı da qanunazidd hallar baş verir.

Həmkarları ilə təkbətək də görüşən deputat həmçinin Ukraynanın Azərbaycana həmişə loyal münasibət bəsləyən yüksək vəzifəli şəxsləri ilə də görüşüb. Görüşlərdən məmnun qalan deputat belə qənaətdədir ki, Ukrayna hazırda müharibə şəraitində olmaqla yanaşı, həm də keçid dövrünü yaşayır, milli iqtisadiyyat yenidən formalaşır. Ölkədə həyata keçirilən islahatların bəziləri başa çatmayıb ki, bu da neqativ hallara səbəb olur. Nəticədə hamı kimi orada yaşayan azərbaycanlılar da bəzən zorakılıq, təcavüz hallarına məruz qalırlar. Belə hallar cəbhəyanı bölgələr üçün daha xarakterikdir. Ukraynalı deputatlar belə hadisələrdən çox narahatdırlar və Ali Rada səviyyəsində də bu məsələni müzakirəyə çıxarıblar. Öz növbəsində onlar söz veriblər ki, hər bir zərərçəkən azərbaycanlı şəxs istənilən vaxt onlara müraciət edə bilər, qəbullarında ola da bilərlər. Hətta onlarla yaşadıqları şəhərlərdə də görüşüb, problemlərini bildirə bilərlər. Bir sözlə, onların müraciət və görüşləri üçün hər cür şərait yaradılacaqdır. Deputat həmçinin onu da vurğulayıb ki, Ukraynada yeni təyin olunan və görüşlərdə iştirak edən Azərbaycan səfiri cənab Azər Xudiyev bu ölkədə Azərbaycanın maraqları naminə böyük məqsədyönlü fəaliyyət göstərir və orada yaşayan hər bir azərbaycanlının qarşılaşdığı problem onun diqqət mərkəzindədir. Görüşlər zamanı səfir də bildirib ki, azərbaycanlılar istənilən məsələ ilə əlaqədar ona müraciət edə bilərlər və onun köməyinə arxayın ola bilər. Səfir onu da əminliklə bildirib ki, yaxın 2-3 ayda azərbaycanlıların bir çocx mövcud çətinlikləri həll olunacaq və onların hüquqları qanun çərçivəsində etibarlı şəkildə qorunacaq. Buna görə də hazırda baş verən bəzi neqativ halları şişirtməyə, 2 dost xalqın arasında narazılıq yaratmaq üçün heç bir əsas yoxdur. Ajiotaj yaratmaq isə antiazərbaycançı qüvvələrin dəyirmanına su tökməkdir. Azərbaycan və Ukrayna xalqları həmişə dost olublar və bu, belə də olacaq. Azərbaycanlılara qarşı zorakılıq, xuluqanlıq edənlər isə heç də Ukrayna xalqını təmsil etmirlər və çinayətkarın vətəni olmaz.

Rüfət Quliyev səfirin qısa müddət ərzində işlədiyinə baxmayaraq çox işlər gördüyünü qeyd edərək onun fəaliyyətini yüksək qiymətləndirib.

Oktyabr ayının 10-da Rüfət Quliyev Ukraynada Hikmət Cavadovun rəhbərlik etdiyi diasporanın üzvləri ilə də görüşüb. Görüşdə əhatəli çıxış edən deputat diasporun bütün üzvlərinin bir yerdə olmasının zəruriliyini xüsusilə diqqətə çatdırıb, sentyabr ayının 26-da Azərbaycanda Konstitusiyaya əlavələr və dəyişikliklərlə əlaqədar keçirilən Referendum barədə ətraflı məlumat verib, əhalinin Referendumda böyük coşğu ilə iştirakından və ölkə Prezidenti cənab İlham Əliyevə olan yüksək etimaddan geniş bəhs edib.

Sonra Rüfət Quliyev Ukraynada təhsil alan çoxsaylı tələbələr barədə də öz fikirlərini bölüşüb və bildirib ki, özü T.Şevçenko adına Kiyev Milli Universitetinin professoru olduğundan bu məsələ ona çox tanış və doğmadır. O, nəzərə çarpdırıb ki, əksər tələbələr ali təhsil müəssisələrində yaxşı oxuyur və azərbaycanlı adını şərəflə doğruldurlar. Lakin elə tələbələr də var ki, səhlənkarlıq edir, dərslərində istirak etmir və intizamsızlıq edirlər. Onlar xoşagəlməz işlərlə məşğul olur, vaxtlarını heç də səmərəli keçirmirlər. Azərbaycan nömrəli bahalı maşınlar sürməyi özlərinə fəxr sayırlar. Sözsüz ki, belə tələbələr imtahanlardan qeyri-məqbul qiymətlər alır və valideynləri üçün problem yaradırlar.

Deputat belə tələbələri intizama dəvət edib və valideynlərinə müraciət edib ki, övladlarına nəzarəti gücləndirsinlər, obyektiv şikayətləri olduqda birbaşa təhsil müəssisələrinin rəhbərlərinə, Ukraynadakı səfirliyimizə, diaspor rəhbərinə müraciət etsinlər.

Görüşdə çıxış edən səfirliyin birinci katibi Mübariz Cəfərov Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının Referendumda yüksək fəalllığını gündəmə gətirmişdir.

Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi polkovnik Şahin Qocayev son vaxtlar Azərbaycan kütləvi informasiya vasitələrində bu ölkədə oğurlanan soydaşlarımız barədə rəqəmlərin şişirdilməsi məsələsinə toxunub.

Sonda Rüfət Quliyev Ukraynda yaşayan azərbaycanlılara, onların Azərbaycandakı qohumlarına müraciət edərək bildirib ki, əsassız şayiələrə uymasınlar, Ukraynada vəziyyət yaxşılığa doğru düzəlməkdədir və orada yaşayan azərbaycanlıların taleyini Azərbaycan rəhbərliyi, səfirlik ciddi nəzarətdə saxlayır.

"Ukraynalı deputatlar belə hadisələrdən çox narahatdırlar"-


"Ukraynalı deputatlar belə hadisələrdən çox narahatdırlar"-


"Ukraynalı deputatlar belə hadisələrdən çox narahatdırlar"-


"Ukraynalı deputatlar belə hadisələrdən çox narahatdırlar"-


İnform.az

Baxış sayı: 455