Maraqlı
11.10.2016 / 12:26

Ətirlər haqda maraqlı faktlar

Ətirlər haqda maraqlı faktlar

Ətirlər insanın halına təsir etmə xüsusiyyətinə malikdirlər. Hələ qədimdən təbiblər ətirlərdən mövcud olan xəstəliklərə şəfa kimi istifadə edirdilər. İyləmək üçün istifadə olunan tozlar miqren əleyhinə və sinir gərginliyinin azaldılması üçün istifadə olunub.
İnform.az xarici mətbuata istinadən ətirlər haqda maraqlı faktları təqdim edir:

Ətir dad və individuallıq əlamətidir. İnsanın üstündən gələn ətir onun haqda olan ümumi təsəvvürün formalaşmasında böyük rol oynayır. Buna görə də hər kəs vacib və ya özəl bir görüşə hazırlaşarkən ətir seçiminə çox önəm verir və bununla özünəməxsus ruhi rahatlıq tapır.
Böyük Britaniyada keçirilən səsverməyə əsasən, 71% kişi və qadın insanın ətri onun cinsəllik xüsusiyyətinin formalaşdırıcısıdır. Həmçinin mənfi tərəfini də qeyd etməyə dəyər. Bəzi xəstəliklərin müəyyən iyləri mövcuddur və təsdiq olunmuşdur ki, tif xəstəsi təzə çörək ətri, qızılca xəstəsi köhnə pivə ətri saçırlar. Müasir tibdə bəzi xəstəlikləri zamanı əmələ gələn iylərin kataloqu da mövcuddur.

Statistik məlumatlara əsasən kişi beyni ətir qoxusuna daha kəskin reaksiya verir. Ətir və parfumeriya vasitələri qan dövranı yüksək olan bədənlərdə tazəliyi qoruyub saxlaya bilirlər.

Təbii efir yağlarından hazırlanan parfumeriya çox yüksək dəyərləndirilir. Onların içində ən bahası jasmin yağıdır. Bu yağın kiloqramının əmələ gəlməsi üçün təxminən 1 ton jasmin çiçəyi lazımdır. Çəhrayı ləçəklər ancaq səhər, onların üstündə hələ şeh olarkən yığılır. Əsas olan hansı növün harada yetişdirilməsini bilməkdir, çünki hər növün özünə məxsus ətri var. Mərakeş qızılgülü ən bahalıdır və demək ki, ən yaxşısıdır, ondan sonra isə türk və bolqar növləri. Fransız növü də heç da onlardan geri qalmır. Ətir hazırlamaq üçün çiçəklər çox vaxt süni şəkildə yetişdirilir (lotos, yasəmən, lavanda). İlk dəfə süni qatqı ilə ətir hələ 1921-ci ildə dünyaca məşhur Chanel № 5 şirkəti tərəfindən istehsal olunub.

Ətir vasitələri xəstəliklərin şəfasında çox yayqındır. Qədimdə ərəb evinə gələn hər kəsi, hörmət əlaməti olaraq, içinə qızılgül ləçəkləri atılmış su ilə səpirdilər. Hindlilər öz müqəddəs məbədlərindəki böyük öküz bütünü hər gün parıldayana qədər ətir tərkibli maddələrlə silirlər.

İnform.az


Baxış sayı: 969