Baş xəbər, Maraqlı
10.10.2016 / 10:22

Beyin ölçüsünün və əsnəmə müddətinin asılılığı

Beyin ölçüsünün və əsnəmə müddətinin asılılığı

Bu günlərdə Nyu-York Dövlət universitetinin psixologiya kafedrası beyin ölçüsünün və əsnəmə müddətinin asılılığı haqqında maraqlı tədqiqat dərc edib.
İnform.az xarici mətbuata istinadən bildirir ki, elmi iş üçün materialların hazırlığı zamanı mütəxəssislər YouTube-da əsnəyən heyvanlarlın videoçarxlarını gözdən keçiriblər. Onların sırasında siçanlar, pişik balaları, tülkülər, kirpilər, morjlar, fillər olub.
Keçirilmiş tədqiqat nəticəsində müəyyən qanunauyğunluq aşkar edilib: heyvanların beyin ölçüsü və beyində neyronların sayı nə qədər azdısa, o qədər heyvan daha sürətli əsnəyir.

İnsan əsnəmələrinin orta müddəti təxminən altı saniyə təşkil edir. Fillərin insanla əsnəmə müddəti təxminən eynidir. Kiçik siçan balaları isə cəmi saniyə yarım əsnəyirlər.

Alimlər bu fikirdədirlər ki, əsnəmə beyinə qanın axınını artırır və oksigenin çatışmazlığını kompensasiya edir.

İnform.az

Baxış sayı: 219