Baş xəbər, Din
17.07.2015 / 09:00

Bu gün Ramazan Bayramıdır

Bu gün Ramazan Bayramıdır

On iki ayın sultanı olan Ramazan ayı başa çatdı. Bu ay ərzində müsəlmanlar üçün vacib olan oruc tutma ibadəti həyata keçirildi. 30 gün ərzində oruc tutan müsəlmanlar, yeni ayın görünməsi ilə bu ibadətlərini saxlayırlar və bundan sonra bütün dünya müsəlmanları müqəddəs Ramazan Bayramını qeyd edir. Bu zaman isə bayram namazı qılınır, bundan sonra daha bir vacib ibadət olan imkansızlara və ehtiyacı olanlara fitrə zəkatı verilir.
Bayramda qohum-əqraba ziyarət edilir, hamı ilə bayramlaşılır. Şirinliklər paylanır və insanlar gələn Ramazanı da nəsib etməsi üçün Allat-Təalaya dualar edirlər.
Əziz müsəlmanlar, İnform.az saytı olaraq müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edir, Allah-Təaladan oruc və zəkatlarınızın qəbulunu diləyirik. Tutulan orucların hörmətinə Allah-Təala düşmənlərimizi xar etsin və Azərbaycan dövlətini daha qüdrətli dövlət etsin.

Baxış sayı: 317