Sosial
06.10.2016 / 12:13

Aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatı aşkarlanıb

Aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatı aşkarlanıbBiləsuvar Gömrük İdarəsinin əməkdaşları aksiz markası ilə markalanmayan xeyli miqdarda siqaret aşkar ediblər.

İnform.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “Tofaş” markalı minik avtomobilində aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatının olduğu və satış məqsədilə saxlandığı bildirilib.

Əməliyyat tədbiri nəticəsində “Tofaş” markalı minik avtomobili Biləsuvar rayonunun İmişli rayonuna tərəf çıxışında saxlanılıb və baxış keçirilib. Baxış zamanı həmin avtomobilin yük yerində cəmi 63.000 ədəd “Manchester”, “D&J”, “Bıstoon”, “Mılano” və “MM” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 449