Baş xəbər, Maraqlı
06.10.2016 / 11:34

"Uşaqdan öz incikliklərinin qisasını alma ki, qocalıqda acı çörək yeməyəsən"- Yanuş Korçaktan 10 vəsiyyət

"Uşaqdan öz incikliklərinin qisasını alma ki, qocalıqda acı çörək yeməyəsən"-

Yanuş Korçak — görkəmli Polşa pedaqoqudur, yazıçıdır, həkimdir və ictimai xadimdir, hansı ki, öz həyatını üç dəfə xilas etməkdən imtina edib.

İlk dəfə Yanuşun Polşanın işğalından əvvəl Fələstinə mühacirət etməmək qərarını qəbul etməsidi, səbəbi isə Yetimlər Evini qorxunc hadisələrin ərəfəsində taleyin ümidinə qoymamağı olub.

İkinci dəfə — Varşava qettosundan qaçmaqdan imtina edib.

Üçüncü dəfə belə olub. Yetimlər evinin bütün sakinləri artıq düşərgəyə yola düşən qatarın vaqonuna qalxırlar. Korçaka SS zabiti yaxınlaşır və soruşur:
— "Kral Matiuşanı" siz yazmısız? Mən bu kitabı uşaqlıqda oxuyurdum. Yaxşı kitabdı. Siz azad ola bilərsiniz.
— Bəs uşaqlar?
— Uşaqlar gedəcəklər. Amma siz vaqonu tərk edə bilərsiniz.
— Səhv edirsiniz. Bacarmaram. Bütün insanlar alçaq deyillər.
Bu danışığın şahidlərindən heç kəs sağ qalmayıb. Necə ki Treblinkə gedən yolda, uşaqları ağır fikirlərdən yayındırmaq üçün Korçakın onlara nağıl danışmağını.
Amma bu epizodlar "qoca doktoru"n şəxsiyyəti üçün o qədər tipikdir, bütün onun pedaqoji və insan həyatının stilinə o qədər uyğundurlar ki, bunu məhz belə olmağı — şübhələrə səbəb olmur.
Yanuş Korçak — qaz kamerasının astanasında öz uşaqlarını tərk etməkdən imtina edən pedaqoqdur. Treblinka Alman həbs düşərgəsini tərk etməyərək öz şagirdləriylə — Varşava Yetimlər Evində uşaqlarla birlikdə həlak oldu, halbuki xilas ola bilərdi.

Bütün deyilənlərdən sonra, Korçak haqqında, artıq nəsə deməyə ehtiya qalırmi?

İnform.az-a AdMe.ru-ya istinadən yalnız bu möhtəşəm insan tərəfindən məsləhət görülmüş uşaqların tərbiyəsinin 10 prinsipini oxuculara təqdim etmək qalır:

1. Gözləmə ki, sənin uşağın sənin kimi olacaq, və ya sən istədiyin kimi. Ona sən olmamağa, özü olmağa kömək et.

2. Uşağından sənin onun üçün etdiyin hər şeyin əvəzini tələb etmə. Sən ona həyatı verdin, o sənə əvəzini necə verə bilər? O başqasına həyat verəcək, o biri — üçüncüyə, və bu minnətdarlığın dönməz qanunudur.

3. Uşaqdan öz incikliklərinin qisasını alma ki, qocalıqda acı çörək yeməyəsən. Çünki nə əkəcəksən, o da çıxacaq.

4. Onun problemlərinə yuxarıdan baxma. Həyat hər kəsə gücünə görə verilib və əmin ol — ona o daha ağır ola bilər, çünki, onun təcrübəsi yoxdur.

5.Alçaltma!

6. Unutma ki, insanın ən əhəmiyyətli görüşləri — onun uşaqlarla görüşləridir. Onlarda daha çox diqqət göstər — biz heç vaxt bilə bilmirik ki, biz uşaqda kimlə qarşılaşırıq.

7. Özünü əzab vermə, əgər nəyisə öz uşağın üçün edə bilmirsənsə, sadəcə xatırla: uşaq üçün mümkün hər şey edilməmişdirsə, deməli az edilmişdir.


8. Uşaq — zülmkar deyil, hansı ki, sənin bütün həyatına yiyələnsin, yalnız bədənindən və qanından da deyil. Bu o qiymətli badədir ki, həyat sənə saxlamağa və yaradıcılıq atəşinin inkişafına verib. Bu ananın və atanın təhkimlilikdən azad edilmiş sevgisidir, hansılarda ki, saxlamağa verilmiş ruh mükəmmələşəcək, "bizim" uşaq "öz" uşağımız yox.


9. Yad uşağı sevməyi orgən. Heç vaxt səninkinə etməklərini istəmədiyini yada etmə.

10. Öz uşağını istənilən kimi sev — istedadsız, uğursuz, böyük. Onunla ünsiyyət saxlayaraq, sevin, çünki uşaq — hələ ki sizinlə olan bir bayramdır.

İnform.az

Baxış sayı: 172