Elm-təhsil
03.10.2016 / 17:27

Türk dünyası: "Sibirdən Balkanlara”adlı etno fotosərgi açılıb- Fotolar

Türk dünyası: "Sibirdən Balkanlara”adlı etno fotosərgi açılıb-

Bu gün AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) təşkilatçılığı ilə türkoloq alim Güllü Yoloğlunun “Türk Dünyası: Sibirdən Balkanlara” adlı etno fotosərgisinin açılış mərasimi keçirilib.
İnform.az AMEA Mərkəzi Elmi Kitabxananın Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsnin məlumatına istinadən bildirir ki, MEK-in ki Sərgi salonunda keçirilən tədbirdə kitabxananın Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mübariz Göyüşlü türk dövlət başçılarının imzası ilə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılmasının əhəmiyyətini vurğulayaraq, Mərkəzi Elmi Kitabxananın daim bu cür ictimai, elmi əhəmiyyət kəsb edən tədbirlərə dəstək verdiyini bildirib.
2009-cu ildə Naxçıvanda türk dövlət başçılarının Türk Konseyinin yaradılması ilə bağlı imzaladığı sərəncama əsasən hər il 3 oktyabr tarixinin Türk Dövlətlərinin Birliyi Günü kimi qeyd olunduğunu xatırladan M.Göyüşlü sərginin həm də sözügedən tarixi hadisəyə həsr olunduğunu qeyd edib.
Tədbirdə Türkoloq Güllü Yoloğlu sərgi haqqında məlumat verərək Türkiyə, KKTC, Qazaxıstan, Rusiya (Tıva, Xakasiya), İraq, Moldova, Rumıniya, Makedoniya, İran, Özbəkistan və digər ölkələrdəki araşdırmaları zamanı türk xalqlarının adət-ənənələrini, həyat tərzini, inancını, mədəniyyətini əks etdirən 60 fotoşəkilin nümayiş olunduğunu dedi.
Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka, Bakı Dövlət Universitetinin dosenti Vüqar Zifəroğlu, AMEA Fizika İnstitutunun əməkdaşı Yusif Əfşar, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, filosof Asif Bayramov çıxış edərək foto sərginin əhəmiyətindən danışdılar.
Daha sonda sərgiyə baxış keçirilib.
Fotosərgi oktyabrın 7-dək davam edəcək.

Türk dünyası: "Sibirdən Balkanlara”adlı etno fotosərgi açılıb-


Türk dünyası: "Sibirdən Balkanlara”adlı etno fotosərgi açılıb-


Türk dünyası: "Sibirdən Balkanlara”adlı etno fotosərgi açılıb-


Türk dünyası: "Sibirdən Balkanlara”adlı etno fotosərgi açılıb-


Türk dünyası: "Sibirdən Balkanlara”adlı etno fotosərgi açılıb-


Türk dünyası: "Sibirdən Balkanlara”adlı etno fotosərgi açılıb-


İnform.az

Baxış sayı: 139