Maraqlı
03.10.2016 / 15:17

Bioyanacağın hazırlanmasında yosunlardan istifadə olunacaq

Bioyanacağın hazırlanmasında yosunlardan istifadə olunacaq
Alimlər yanacağın istehsalı zamanı daim alternativ mənbələr axtarışındadırlar. Növbəti dəfə onlar florada geniş yayılmış yosunlardan bioyanacaq istehsalında istifadə etmək niyyətindədirlər.
İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, yosun Yer kürəsində 100 mindən çox növdə yayılaraq həm duzlu, həm də şirin sularda yaşayan heyvanlar üçün əhəmiyyətli qidadır. Onun tərkibində neftə bənzər maddə toplanılır. Bu bitkilərin emalı nəticəsində əldə edilən həmin maddə bioyanacaq kimi istifadə olunacaq.

İnform.az

Baxış sayı: 403