Dünya
03.10.2016 / 14:21

Onlar söz verirlər, ancaq sözlərini tutmurlar

Onlar söz verirlər, ancaq sözlərini tutmurlar
Türkiyə miqrasiya sazişi çərçivəsində Aİ-dən tam həcmdə vəsaiti hələ də almayıb.
İnform.az Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib: "Aİ bizə 3 milyard avro vəd etmişdi. Bu məbləğin yalnız 179 milyonunu almışıq. Onlar söz verirlər, ancaq sözlərini tutmurlar. Buna baxmayaraq, müharibədən qaçan insanları qəbul etməyə davam edəcəyik".

İnform.az

Baxış sayı: 281