Elm-təhsil
30.09.2016 / 12:09

Bakı Ali Neft Məktəbində yeni layihəyə start verildi

Bakı Ali Neft Məktəbində yeni layihəyə start verildi
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) və“Multimedia”İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin tərəfdaşlığı və Bakı Ali Neft Məktəbinin təşkilati dəstəyi ilə “Alternativ gələcəklə əlaqə” layihəsinə start verildi.
Tədbirdə Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini Nurəli Yusifbəyli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov,məruzəçilər və layihəyə iştirakçı qismində qatılan KİV nümayandələri iştirak edirdilər.
Layihənin açılış mərasimində Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoruRamiz Hümbətov Ali Məktəbin rektoru Elmar Qasımovun adından qonaqları salamladı və layihə iştirakçılarına uğurlar arzuladı. O, son illər ölkəmizdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə edilməsi istiqamətində əhəmiyyətli layihələrin həyata keçirildiyini bildirdi. BANM-inBərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin fəaliyətindən söz açan prorektor gələcəkdə Ali Məktəbdə “Bərpaolunan enerji mühəndisliyi” ixtisası üzrə mühəndis kadrların hazırlanmasının nəzərdə tutulduğunu dedi. Ramiz Hümbətov “Alternativ gələcəklə əlaqə” layihəsininBakı Ali Neft Məktəbində keçirilməsinin əhəmiyyətini vurğuladı.O, BANM-də bərpaolunan enerji üzrə hər ay seminarların təşkil olunduğunu da nəzərə çatdırdı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim dəyişmələri və Ozon mərkəzinin rəhbəriGülmalı Süleymanovçıxış edərək “Alternativ gələcəklə əlaqə” layihəsinin Bakı Ali Neft Məktəbində həyata keçirilməsindən məmnunluqlarını ifadə etdilər, layihə iştirakçılarına uğurlar arzuladılar.
Layihənin birinci günündə NASA-da işləyən azərbaycanlı alim TeymurSadıqov “Robotlaşma”,Norveçli təlimçi, “Provitaz” və “İnnovaz” məhdud məsuliyyətli müəssisələrin rəhbəri Knut Erlend “Xalq üçün sərfəli bərpa olunan enerji mənbələri” mövzusunda məruzə ilə çıxış etdilər. Məruzəçilər iştirakçıları alternativ enerji mənbələri ilə bağlı məlumatlandırdılar.
Üç gün davam edəcək layihənin növbəti mərhələlərində Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) baş məsləhətçisi Emil Vəliyev “AREA-nın fəaliyyəti”, Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Cəbrayil Əliyev “Azərbaycanda alternativ enerji potensialı”, AREA-nın monitorinq və nəzarət şöbəsinin məsləhətçisi Emin Haşımov “AREA-nın enerji mənbələri ilə bağlı həyata keçirdiyi layihələr” mözusunda təqdimatlarla çıxış edəcəklər.
Qeyd edək ki,layihə çərçivəsində həmçinin Suraxanıda yerləşdirilən günəş panelləri stansiyası ilə tanışlıq səfəri nəzərdə tutulur.
Xatırladaq ki, "Alternativ gələcəklə əlaqə" layihəsinin əsas məqsədi biliyə əsaslanan iqtisadiyyata keçid həllərinin müəyyən olunması, mətbuat vasitəsilə alternativ enerji, nanotexnologiya haqqında ətraflı məlumatı Azərbaycanın vətəndaş cəmiyyətinə çatdırmağa stimul vermək, Azərbaycan gəncliyinin davamlı inkişaf etməsi üçün təcrübə və potensial gələcəyin öyrənilməsi, Azərbaycan mətbuatında davamlı olaraq göstərilən istiqamətlərdə məqalələrin, araşdırma yazıların dərc olunmasından ibarətdir.

İnform.az

Baxış sayı: 298