Elm-təhsil
30.09.2016 / 10:43

Akademik Vaqif Abbasov “Azertexnolayn” MMC-nin iki zavodunda olub

Akademik Vaqif Abbasov “Azertexnolayn” MMC-nin iki zavodunda olub
AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov Sumqayıtda “Azertexnolayn” MMC-nin iki zavodunda olub.
İnform.az AMEA Neft-Kimya Prosesləri İnstitutunun “İctimaiyyətlə əlaqələr” şöbəsinə istinadən xəbər verir ki, o, Polad Boru Zavodunda və Texniki Avadanlıqlar Zavodunda istehsal prosesləri ilə tanış olub. Məlumat verilib ki, müəssisə Sənaye Parkının təxminən 24 hektar torpaq sahəsində ildə 150 min ton müxtəlif diametrli polad borular, 5 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, 500 min m2 metal tel tor, 12 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular və injeksiya məhsulları istehsal edir. Həmin müəssisələrdə 650 nəfərdən artıq insan işlə təmin olunub.
Azertexnolayn MMC-nin idarə heyyətinin sədri Emruz İsgəndərov və “Azərsu” ASC-nin Texniki İstehsalat Departamentinin rəisi Aydın Abbasov ilə birlikdə müzakirələr aparıb. Neft Kimya Prosesləri İnstitutu ilə Azertexnolayn MMC arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Yaxın vaxtlarda əməkdaşlıq məsələlərini dəqiqləşdirmək üçün görüş keçirilməsi razılaşdırılıb.
Akademik Vaqif Abbasov hər iki zavodda texnoloji proseslərin ən müasir elmi nəticələrə əsaslandığını qeyd edib. Elmi tutumlu və xarici asılılığı kəskin azaltmağa imkan verən və boruların saxlanma və nəqli zamanı korroziyadan müdafiə vasitələrinin istifadəsi üçün vasitələr təklif edib.
Akademik Vaqif Abbasov “Azertexnolayn” MMC-nin iki zavodunda olub

Akademik Vaqif Abbasov “Azertexnolayn” MMC-nin iki zavodunda olub

İnform.az

Baxış sayı: 819