Baş xəbər, Maraqlı
30.09.2016 / 10:16

Sualtı üzən tunellər

Sualtı üzən tunellərKörpünün, tunelin və pontonun hibridini Norveçin mühəndisləri hazırlayırlar. Layihə, eni iki avtomobil hərəkət zolağı tutan dəniz səviyyəsindən təxminən 30 metr aşağı dərinlikdə böyük beton boruların yerləşdirilməsini nəzərdə tutur. Konstruksiyanın asılmış vəziyyətdə saxlanılması üçün səthdə üzən pontonlar cavab verəcək, hansılara ki tikinti möhkəm bərkidiləcək. Sabitliyin artımı üçün tunelin əlavə dənizin dibinə də bərkidilməsi düşünülür.

İnform.az inhabitat.com-a istinadən bildirir ki, Norveçlilərin belə orijinal qərarının səbəbi relyefin mürəkkəbliyi adi körpü və tunellərin tikilməsinin xeyli çətinləşdirilməsindən irəli gəlir. 2035-ci ildə başa çatdırılması planlaşdırılan layihə üçün, hökumət 25 25 milyard dollar ayırır. Lakin, əgər sualtı üzən tunelin tikintisi çox ağır olarsa, Norveç hökuməti bu layihə üzrə işlərdən əl çəkib, maliyyələşdirilmənin alternativ variantların axtarışına yönəltmək barədə də hüququnu özündə saxlayır.

Sualtı üzən tunellər


İnform.az

Baxış sayı: 306