Baş xəbər, Maraqlı
30.09.2016 / 09:51

Qulaq uğrunda müharibə

Qulaq uğrunda müharibəHadisələr uzaq 1738-ci ildə baş vermişdi. İngiltərə və İspaniya kralı arasında münasibətlər son həddə qədər qızışmışdı, amma Britaniya parlamenti qətiyyətlə vuruşmaq istəmirdi — Vest - Hindistan ərazisində ispan monarxiyasının ağalığı bütün avropa dövlətlərinə strateji cəhətdən əlverişli idi.

İnform.az dirty.ru-ya istinadən bildirir ki, Utrext müqaviləsinin şərtlərinə görə, koloniyalarla ticarətdə İngiltərəyə sərt çərçivələrə qoyulmuşdu, ispan sərhədçiləri isə ticarət gəmilərini yoxlamaq hüququnu almışdılar.
Britaniyanın "Rebekka" ticarət briqinin kapitanı Robert Jenkinslə olan insident bu tarixi hadisədə son damla oldu. Onun İspaniyanın karib torpaqlarinda qanunsuz rom ticarəti ilə məşğul olan gəmisi, İngiltərəyə qayıdanbaş, İspaniyanın "La İsabela" hərbi gəmisi tərəfindən gömrük yoxlanışına saxlanılır. Xulio Leon Fandino ispanların komandiri, ingilis gəmisini Havana limanında saxlatdırır, sonra göyərtəsinə silahlı nəzarət komandası qaldırır. Fandino kobud və sərt hərəkət edir. Necəki, sonralar Djenkinsin bildirdiyi kimi, muşketlərin ağızlarının altında onu dizləri üstə durmağa məcbur etdilər, durmağa çalışanda isə, ispan zabiti onun qulağını kəsdi, istehza ilə bu "qəniməti" kral Qeorqa aparmağı tövsiyə etdi və əlavə də dedi: "Onunla(kral) da belə olacaq, əgər o qaçaqmalçılıqla tutulsa".

Djenkins belədə etdi - həmin ilin martinda İcmalar Palatasının iclasına bankada öz spirtlənmiş qulağı ilə çıxdı. Kapitanın nitqi deputatların və xalqın arasında xeyli narazılığlar doğurdu. Nəticədə baş nazir Robert Uolpol sonralar Djenkinsin qulağı uğrunda muharibə adını almış, İspaniyaya müharibə elan etmək məcburiyyətində qaldı.

Qulaq uğrunda müharibə


İnform.az


Baxış sayı: 162