Maraqlı
30.09.2016 / 11:00

İflic olmuş yarışcı, sürücülük vəsiqəsi aldı

İflic olmuş yarışcı, sürücülük vəsiqəsi aldı

Sem Şmidt vaxtı ilə “IndyCar”-ın keçmiş yarışçısı olub. Hal-hazırda o iflicdir. Lakin iflic olmasına baxmayaraq o yenə maşın sürə biləcək.
Inform.az xarixi mətbauata istinadən xəbər verir ki, onun yenidən maşın sürə bilməsi üçün “Arrow Electronics” şirkəti Sem üçün xüsusi olaraq onun adını daşıyan “SAM” adlı maşın hazırlayıb.
Sem bu maşını idarə etmək üçün səsindən, nəfəsindən, başını çevirməsindən istifadə edir. Bu üsullar vasitə ilə o sükanı döndərə, sürəti artıra və tormoz verə bilir. “Arrow Electronics” şirkətinin nümayəndələri hətta Nevada ştatının administrasiyasından iflic olmuş Semə sürücücük vəsiqəsinin verilməsinə belə nail olublar. Administrasiyadan alınmış icazəyə əsasən Sem yalnız xüsusi yarış yollarında yox, həmçinin də bəzi bələdiyyə yollarında maşın sürə bilər. Bu cür nəqliyyat vasitələri məhdud bir çox insanlar üçün zəruri ola bilər. Buna ən yaxşı sübut Semdir.

İnform.az

Baxış sayı: 210