Dünya
29.09.2016 / 17:58

Rusiya XİN ABŞ Dövlət Departamentinə cavab verdi

Rusiya XİN ABŞ Dövlət Departamentinə cavab verdi

"ABŞ Dövlət Departamentinin bəyanatı radikalları fəaliyyətə keçməyə çağırışdır".
İnform.az APA-ya istinadən məlumat verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Bu bəyanat başa düşdüyümüz kimi radikalların özünə müraciətdir. Bizim bunu başqa cür qiymətləndirmək variantımız yoxdur", - deyə Rusiya XİN nümayəndəsi qeyd edib.
Xatırladaq ki, Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib ki, Suriyada vətəndaş müharibəsi davam etsə, ekstremistlər əməliyyatları genişləndirmək üçün boşluqlardan istifadə edəcəklər, Rusiya isə resurslarını itirməkdə davam edəcək.

İnform.az

Baxış sayı: 266