Maraqlı
29.09.2016 / 11:16

Cəmiyyətdən təcrid olan insanların üz cizgiləri araşdırılıb

Cəmiyyətdən təcrid olan insanların üz cizgiləri araşdırılıb
İsveçrə elm adamları cəmiyyətdən təcrid olan insanların üz cizgilərini araşdırıblar.

İnform.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədqiqatlar üçün kompyuter vasitəsilə eyni insanın fərqli emosiyalar ifadə edən şəkilləri hazırlanıb. Mənfi və ya müsbət qiymətləndirilməsi üçün bu şəkillər tədqiqat iştirakçılarına təqdim olunub. Yekunda təcrid olunduğu və ya səriştəsizliyi ifadə edən üz quruluşunun mənfi - xoşagəlməz və itici olduğu məlum olub. Bundan əlavə, ən xoşa gəlməyən emosiyalar siyahısında alimlərin düşündüyü kimi “qapalılıq” deyil, “cəhalət” yer alıb.

Mütəxəssislər belə qənaətə gəliblər ki, sosial cəmiyyət səriştəsiz və ya təcrübəsiz üz quruluşuna malik insanları qəbul etmir.

İnform.az

Baxış sayı: 218