Sosial
29.09.2016 / 09:57

FHN məlumat yaydı:Üç nəfər azyaşlı olmaqla 24 nəfər təxliyə olunub

FHN məlumat yaydı:Üç nəfər azyaşlı olmaqla 24 nəfər təxliyə olunub
Fövqəladə Hallar Nazirliyi Bakıda qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı yeni məlumat yayıb.
İnform.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin qurumları tərəfindən sentyabrın 28-də yağan yağışlar nəticəsində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalmış insanların təxliyəsi və yollarda yağış sularının çəkilməsi işləri davam etdirilir.
“Hazırkı vaxta qədər təhlükəsiz ərazilərə üç nəfər azyaşlı olmaqla 24 nəfər təxliyə olunub”, məlumatda deyilir.

İnform.az

Baxış sayı: 385