Baş xəbər
28.09.2016 / 14:10

Prezident İlham Əliyev: “Dünyada müharibələrin artdığı bir dövrdə Azərbaycan uğurla inkişaf edir”

Prezident İlham Əliyev: “Dünyada müharibələrin artdığı bir dövrdə Azərbaycan uğurla inkişaf edir”
Azərbaycan prezidenti İlham Əliyev ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuperi qəbul edib.
İnform.az-ın məlumatına görə, Abraham Kuper Azərbaycana bir neçə dəfə səfər etdiyini, hər dəfə ölkəmizdə dini dözümlülüyün şahidi olduğunu məmnunluqla qeyd edib.

O bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın dini tolerantlıq baxımından dünyada nümunəvi ölkə olduğunu vurğulayan A. Kuper ölkəmizdə V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində UNESKO və Simon Vizental Mərkəzinin birgə sərgisinin təşkilinə verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev isə sərginin əhəmiyyətini vurğulayaraq, dünya mediasında əsasən mənfi halların yer aldığı bir zamanda, dini tolerantlıq, multikulturalizm kimi müsbət dəyərləri diqqət mərkəzinə gətirməyin vacibliyini qeyd edib. Dövlət başçısı dünyada müharibə və münaqişələrin, etnik və dini gərginliklərin getdikcə artdığı bir dövrdə ölkəmizin əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan olunduğunu qeyd edərək bunun dövlət siyasəti olmasının əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanda multikulturalizm siyasətinin sosial sifarişə əsaslandığını vurğulayıb.

Prezident İlham Əliyev ölkəmizdə mədəniyyətlərarası sülh və dostluğun mövcud olduğunu məmnunluqla qeyd edərək müxtəlif dinlərin və xalqların nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadığını deyib.

Görüşdə V Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq əməkdaşlığa verdiyi töhfənin önəmi qeyd olunub.

İnform.az

Baxış sayı: 347