Maraqlı
26.09.2016 / 12:22

İordaniyada naməlum sivilizasiyanın qədim şəhərləri tapılıb

İordaniyada naməlum sivilizasiyanın qədim şəhərləri tapılıb

Alman arxeoloji institutunun (German Archaeological Institute) arxeoloqları İordaniyanın səhralarında Tunc dövrününə aid üç böyük qəsəbə qalıqlarını aşkar ediblər.

İnform.az xarici mətbuata istinadən bildirirki, yaxşı saxlanılmış, əla təchiz edilmiş, şəhərlərin qalıqları İordaniyanın şimal-şərqində vulkanik səhranın yanındakı qazıntıların gedişatında, Suriya sərhədinin yanında aşkar edilib.

Arxeoloqların təyin etdiklərinə görə, qəsəbələr etibarlı bərkidilmiş haldadıdr. Onlar yağış suyunun yığımı və süni terraslarda asma bağların suvarılması üçün irriqasiyanın effektiv sistemlərinə malikdilər.
Radiokarbon analizi göstərir ki, qəsəbələr bizim eradan əvvəl 4000-3500 illərdə tikilib, yəni təxminən misir ehramlarının yaranmasından min il əvvəl.

Alimlər hələ onları hansı xalqın tikdiyini bilmirlər. Amma qədim sakinlərin yüksək inkişaf səviyyəsini qeyd edirlər, bir halda ki, onlar tərəfindən yaradılmış mühəndislik tikintiləri şumer sivilizasiyasının nailiyyətləriylə müqayisə edilə biləndir.

Ekspedisiya rəhbəri Bernd Müller-Noyxofun sözlərinə görə, bu yerlərdə indiyə qədər ən şərqi və ən qədim şəhər Djava hesab edilirdi. Ancaq aşkar edilmiş qəsəbələr tamamilə daha köhnə ola bilər. Tədqiqatçılar qazıntıları davam etmək niyyətindədir.

İnform.az

Baxış sayı: 194