Ədəbiyyat
26.09.2016 / 10:30

"Hüseyn Cavid Ədəbi Məclisi" növbəti toplantısını keçirib

"Hüseyn Cavid Ədəbi Məclisi" növbəti toplantısını keçirib

Bu gün "Hüseyn Cavid Ədəbi Məclisi" növbəti toplantısını keçirdi. Məclisin üzvlərindən Kəmaləddin Qədim, Adilə Nəzər, Arzu Nehrəmli, Tahir Məmməd, Nizami Muradoğlu, Heydər Oğuz, Bünyamin Uğurbəy Qənbərli, Sərvər Məsum, Nəriman Zeynalzadə, Etibar Qərib, Surxay Qocayev, Aləmzər Sadiqqızı, Sərdar Zeynal, Sərdar Əlibəyli, Ələsgər Talıboğlu, Səmayə Səma toplantıda iştirak etdilər. Bu barədə İnform.az-a şair Nəriman Zeynalzdə məlumat verib.
Toplantı "Hüseyn Cavid Ədəbi Məclisi"nin fəaliyyətini genişləndirmək məqsədilə yeni qərarların alınmasından və məclisin növbəti planlarını müzakirə etmək üçün keçirilib. Kəmaləddin Qədim üzvləri məlumatlandırmaq üçün ilk çıxışı edib. Belə ki, "Hüseyn Cavid Ədəbi Məclisi"nin AYB – də Hüseyn Cavid Poeziya Günləri kimi qeydiyyatdan keçirilməsi üçün olunan müraciətə razılıq verildiyini qeyd edib. Belə ki, məclisin fəaliyyətini artırmaq məqsədilə bu komissiyanın sədri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin seçildiyi olundu. Komissiya üzvlüyünə H.Cavid yaradıcılığını tədqiq edən, bu işdə xüsusi əməyi olan yoldaşların cəlb edildiyi vurğulayıb. Kəmaləddin müəllim onu da qeyd edib ki, hazırda bu təklif AYB - də qeydiyyatdan keçirilmək üçün təqdim olunubdur.
Məclis üzvləri bu qərarı səmimiyyətlə qəbul edilbər.
Bildiyimiz kimi, H.Cavidin doğum günü 24 oktyabra təsadüf edir və son illərdə oktyabr ayını Cavid ayı adlandırırlar. Belə ki, ayın əvvəlində H.Cavid tədbirlərinin keçirilməsi onun doğulduğu Naxçıvandan başlayır və yekun tədbir şairin Elmlər Akademiyasının qarşısında ucaldılan heykəlinin qarşısında keçirilir.
"Hüseyn Cavid Ədəbi Məclisi" bu ənənəyə sadiq qalaraq, o tədbirlərdə iştirak etməklə bərabər eyni vaxtda 2 tədbirin keçirilməsini və məclis üzvlərinin də yekun tədbirdə iştirakını planlaşdırıb.
Tədbirlərdən biri filologiya üzrə fəlsəfə doktoru, şair publisist Nizami Muradoğlunun şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr etdiyi “Yaşayan Cavidlər” adlı kitabının təqdimatını keçirməyi nəzərə alıb. Kitaba iki əsər daxil edilmişdir: “Hüseyn Cavid” mənzum psixoloji dramı və “Bu dünyanın məzarları ağlamaz” sənədli poeması. Hər iki əsər Cavidlərin həyatının müxtəlif anlarını əks etdirir.
İkinci tədbirimiz Hüseyn Cavidin ev muzeyində şairi anma mərasimindən sonra, muzeyin yerləşdiyi AMEA -nın Əlyazmalar İnstitutunun konfrans zalında keçiriləcək. Bu tədbirdə isə H.Cavidin öz yaradıcılığına müraciət olunmaqla bərabər, şairə həsr olunmuş əsərlərin müzakirələrinə yer veriləcək.
Toplantıda üzvlər maraqlı fikir və təkliflərlə çıxış ediblər.
Nizami Muradoğlu Cavid haqqında fikirlərini bildirib və onun təbliğini öz üzərində bir borc olaraq qəbul etdiyini söyləyib. Eyni zamanda tədbirlərin keçirilməsi ilə bağlı öz köməyini əsirgəməyəcəyini qeyd edib.
Etibar Qərib məclis olaraq, orta məktəblərdə silsilə görüşlər keçirməklə Cavid yaradıcılığını təbliğ etdirməyi təklif edib.
Sərdar Əlibəyli tədbirlərin ayda 1 dəfə - hər ayın son bazar günü saat 11-00 da müntəzəm olaraq keçirməyi təklif edib. Məclis üzvlərinin toplanması və tədbirlərin təşkilati işlərini müzakirə etməyi məsləhət görüb.
Nəriman Zeynalzadə öz çıxışında "Hüseyn Cavid Ədəbi Məclisi" üçün daimi yer almaq üçün Beynəlxalq Mətbuat Mərkəzinin direktoru Sona xanım Vəliyevaya müraciət etməyi təklif edib.
Heydər Oğuz H.Cavid haqqında yazılan əsərlərin ayrı-ayrılıqda müzakirələrini keçirməyi, bu tədbirlərin mətbuatda işıqlandırılmasını və mətbuatda H.Cavid haqqında müsahibələrin aparılması təklifini verib.
Toplantı iştirakçılarından Adilə Nəzər, Məmməd Tahir, Sərvər Məsum və başqaları çıxış edərək məclis üzvlərinin qərarlarını bəyəndiklərini qeyd ediblər. Əlavə ediblər ki, H.Cavid haqqında yazılan yeni şeir və hekayələrin toplanması, bu əsərlərdən ibarət yeni kitabın nəşr olunmasına çalışacaqlar.
"Hüseyn Cavid Ədəbi Məclisi"nin bundan sonra daha çox uğurlara imza atacağına inanırıq.

İnform.az

Baxış sayı: 433